Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

"Baş katib milyonlarla manat mənimsəyib, qaçıb" - ŞOK

1faz

Xəbər verildiyi kimi, fevralın ilk günlərində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə federasiyanın prezidenti, vergilər naziri Fazil Məmmədov əmr verib.
Əmrə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.

“AzPolitika”ya idman ictimaiyyətindəki mənbələrdən daxil olan məlumata görə, Fazil Məmmədov Əjdər Cəfərovu külli miqdarda yeyinti və dələduzluq faktlarına görə vəzifəsindən azad edib. Belə ki, yoxlamalar nəticəsində üzə çıxıb ki, Ə.Cəfərov federasiyanın təxminən 5 milyon manatını mənimsəyib.

ajdar_cafarov_160615_1434455520Mənbə deyir ki, idmanla heç bir əlaqəsi olmadığı halda müxtəlif vasitələrdən istifadə etməklə AGF-nin baş katibi vəzifəsinə yüksəlməyə nail olan Ə.Cəfərov, federasiyanın vəsaitini mənimsəməklə kifayətlənməyərək, idmançılardan, onların valideynlərindən irəli çəkilmək, yaxşı şərait yaratmaq vədi ilə külli miqdarda rüşvət alıb, idmançıların maaşlarını mənimsəyib, öz ailə üzvlərini, idmandan xəbərsiz insanları işə götürdərək, federasiyanı ailə biznesinə çevirib. Eyni zamanda milli komandaya xaricdən, xüsusən də Dağıstandan idmançıların cəlb olunması məsələsində maliyyə maxinasiyalarına yol verərək, bu transferlərdən də külli miqdarda vəsait mənimsəyib.

Bütün bunlar nəticəsində də qısa müddətdə böyük var-dövlət, bahalı maşınların sahibinə çevrilib.

Məlumata görə, vəzifədən uzaqlaşdırılandan dərhal sonra Ə.Cəfərov telefonlarını söndürərək, yoxa çıxıb. Hazırda Ə.Cəfərovun müxtəlif vədlərlə pulunu aldığı onlarla adam onu axtarır. Ehtimal olunur ki, keçmiş baş katib ölkədən qaçıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam