Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

AGF-ə yeni prezident seçildi

AGF-ə yeni prezident seçildi

 

Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclası baş tutub

 

Yenixeber.org: İclasda ilk öncə Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimat ediblər.

Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqda məlumat verilərək, son bir il ərzində gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən qarşıya qoyulmuş gələcək planlar müzakirə edilib.
Həmçinin, iclasda gimnastların Lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan Xatirə Medalları haqqında Əsasnaməyə təklif edilən dəyişikliklər də təsdiq olunub.

Görüş çərçivəsində federasiyanın Baş katibinin, gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçilərinin illik hesabatları da dinlənilib.

Daha sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş F. Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu Baş katib vəzifəsindən azad olunması ilə bağlı İcra Komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək, təsdiq olunub.

AGF-nin Baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın Baş katibinin köməkçisi, 2009-cu ildən bu günə qədər isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.

N. Məmmədzadə 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə “Filologiya” fakültəsinin bakalavr dərəcəsini, 2001-2003-cü illərdə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini bitirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam