Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Fazil Məmmədov hər gün işə gedir- Açıqlama

Fazil Məmmədov hər gün işə gedir

 

 

Keçmiş vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti postunu tərk etməyi planlaşdırmır

 

Yenixeber.org: Bu barədə açıqlamasında Federasiyanın birinci vitse-prezidenti və Azərbaycanın güləş üzrə milli yığma komanbdasının baş məşqşisi Firdovsi Umudov deyib.

“Biz Fazil Məmmədovla daim təmasdayıq, görüşlər keçiririk. Fazil Məmmədov hər səhər işə gəlir, məşqçilərə və güləşçilərə öz tövsiyələrini verir, onların qarşısında yeni vəzifələr qoyur. Mən on vitse-prezident postunu həvalə etdiyi üçün minnətdaram və çalışacağam ki, gözləntiləri doğruldum” - Umudov deyib.

Federasiya vitse-prezidenti bildirib ki, Azərbaycanda məmurların öz vəzifələrindən gedəndən sonra başçılıq etdiyi idman federasiyalarını da tərk etməsinin tez-tez şahidi olurduq. Lakin heç bir zəmin yoxdur ki, Fazil Məmmədov yaxın vaxtlarda federasiya prezidenti postunu tərk etsin.

“O, federasiya rəhbəri kimi fəal işləyir, güləşçilərin Tokioda keçiriləcək 2020-ci il Olimpiadasına yaxşı hazırlaşması üçün əlindən gələni edir”-baş məşqçi deyib.

F.Umudovun sözlərinə görə, Federasiyanın maliyyə problemi də yoxdur, güləşçilərə və məşqçilərə maaşlar, mükafatlar vaxtlı-vaxtında verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam