Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Siyəzəndə vəziyyət yenidən gərginləşdi - VİDEO

siyezen

Xeberinfo.com:  Məlumata görə, əliavtomatlı polislər hələ də küçələrdə qalan etirazçıları dağılışmağa səsləyirlər.

Siyəzənin mərkəzi küçəsinə Çevik Polis Alayının xüsusi təyinatlıları nəzarət edirlər. Şəhərdə bütün mağazalar bağlıdır. Sakinləri küçəyə çıxmağa qoymurlar.

Axşamüstü sakinlər yolları bağlamağa cəhd ediblər, polis gəldikdə isə ərazidən uzaqlaşıblar. Bəzi etirazçılar polisə daş atıblar.

Meydan TV isə rayondakı jurnalistlərə istinadla xəbər yayıb ki, sakinlər polisin bağladığı beton yolu açaraq binaları daşlayıblar. Şəhərdəki “Xalq Bank”ın binasının şüşələri sındırılıb. Yenidən rezin güllələr atılıb.

Dövlət obyektləri, İcra Hakimiyyəti başçısının evi polis qüvvələri tərəfindən qorunur. Şəhərə giriş-çıxış nəzarətə götürülüb.

Gün ərzində baş verən hadisələr zamanı ölən olmayıb, hansısa qadının özünü məscidinün önündə yandırması ilə bağlı yayılan xəbərlər yalandır: “Amma xeyli sayda döyülənlər, yaralılar var. Bir neçə polis də xəsarət alıb. 30 yaxın adam polis şöbəsinə aparılıb, döyüldükdən sonra buraxılıb. 60-dan artıq etirazçının isə Bakıya aparıldığı bildirilir”.

Verilən məlumatda o da qeyd olunur ki, Siyəzənin icra başçısı ailəsi ilə birlikdə şəhəri tərk edib: “Yanvarın 12-də bir qrup şəxs icra başçısının qəbuluna gedərək, ondan iş yerlərinin açılmasını istəmişdi. İcra başçısı isə deyib ki, o, Siyəzənə iş yeri açmağa yox, şəhəri yaşıllaşdırmağa gəlib. Bundan sonra narazılar aksiyaya qərar veriblər. Hazırda icra başçısının şəhərdə olmadığı deyilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam