Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Döyülən icra başçısı ilə bağlı açıqlama

 

“Hazırda başçının səhhəti yaxşıdır. O, həkim nəzarəti altındadır. Yaxın günlərdə xəstəxanadan təxliyə olunacaq”.
"Xeberinfo.com": Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev Nizami rayonun icra başçısının döyülməsinə münasibət bildirərkən deyib.
N. Həmzəyev bildirib ki, hadisədən bir gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirakı ilə həmin qəsəbədə Kəlbəcər sakinləri ilə görüş keçirilib:” Sakinlər görüşdən və həmin qəsəbədə infrastruktur layihələrinin həyata keçiriləcəyindən razı qalmışdılar. Belə ki, qəsəbədə xüsusi küçələr müəyyənləşdirilməlidir. Bir müddət əvvəl orada bir qrup dəllal tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də necə gəldi orada ev tikiblər. Görüş zamanı da bildirildi ki, kim ki, uzun müddət orada yaşayırsa, biz onların evlərini sənədlə təmin edəcəyik. Kim yaşamırsa, torpaqları öz hesabına özəlləşdiribsə, həmin insanlara da şərait yaradacağıq ki, problemləri olmasın. Amma gecəylə bir qrup dəllal planlaşdırıb ki, burada səhər kim işləməyə gəlsə, onları daşlayaq. Hətta gecəylə onlar bir neçə nəfəri də bilərəkdən döyüb xəstəxanaya yerləşdiriblər. Burada məqsədləri o olub ki, guya onlar icra hakimiyyəti və polis tərəfindən döyülüblər. Bizdə həmin insanların iç üzünü bildik. Halbuki həmin dəllalara dövlət tərəfindən torpaq verilib. Bu ərazini isə sənədsiz, qeyri-qanuni hasara alıblar.
Bir qrup dəllal Nizami rayon icra başçısına və polis əməkdaşlarına, bir neçə iş adamına xəsarət yetiriblər. Onlar barəsində cinayət işi açılıb və artıq həbs ediliblər. Onların hər biri dövlət qulluqçusuna qarşı belə mövqe nümayiş etdirdiyinə və əhalinin təxribata çəkdiyinə görə cəzasını alacaq”.
Polisin xidməti avtomobillərinin şüşələri sındırılıb
Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.
Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon icra hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Gəncə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş olub, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla əlaqədar Gəncə Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam