Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kürdlərlə polis toqquşdu: ölənlər və yaralananlar var

 

Türkiyənin Diyarbəkir şəhərində polislə nümayişçilər arasında toqquşma baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb, xeyli sayda adam nəzarət altına alınıb.

Xeberinfo.com:   Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün Türkiyə polisi Diyarbəkirin küçəyə çıxmaq yasağı tətbiq edilmiş Sur rayonunda PKK terrorçu təşkilatının üzvlərinin qazdığı xəndəklərin doldurulması, barrikadaların qaldırılması və terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

Xalqların Demokrat Partiyası (HDP) isə Diyarbəkir valililiyinin xəbərdarlığına baxmayaraq Sur rayonunda tətbiq edilmiş küçəyə çıxmaq qadağasına etiraz məqsədilə xalqı aksiyaya çağırıb. Nəticədə rayondakı əksər obyektlər qapadılıb, bələdiyyə avtobusları marşrut xəttinə çıxmayıb, şagirdlər məktəbə getməyib.

Aksiya zamanı polislər yolu bağlamağa cəhd göstərən və onlara daşlarla müdaxilə edən nümayişçilərin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb, sonra gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Türkiyə polisi hazırda toqquşma zamanı açılan atəş nəticəsində ölən nümayişçilərin şəxsiyyətini müəyyənləşdirir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam