Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda silahlı qiyamçıların kimliyi məlum oldu: Polislər girov götürülüb

Ermənistanda silahlı qiyamçıların kimliyi məlum oldu: Polislər girov götürülüb

 

 

Ermənistanda bu gün baş verən silahlı hadisələr haqqında yeni informasiyalar daxil olmaqda davam edir.
Xeberinfo.com:   Musavat.com-un məlumatına görə, polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Jurnalistlərə çəkiliş aparmağa imkan verilmir. 
Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Aşot Aqranyan ermənicə Azadlıq radiosuna xüsusi bəyanat veriləcəyini demişdi. 
Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb. Bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat verib və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.
Bundan əvvəl Feysbook da “Müəssislər Parlamenti” üzvü Varuyan Avetisyan yazıb ki, “Sasnadzerer” təşkilatı silahlı üsyana başlayıb və bir sıra polis məntəqələrini ələ keçirib. 
O cümlədən, Polis İdarəsənin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüb. 
Son məlumata görə, Erebuni rayonunda polis idarəsinin yaxınlığında bütün əhalini evakuasiya edirlər.
Hazırda polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.
Hadisə yerinə ağır zirehli texnika gətirlib.
Bütün bunlar böyük əməliyyatın başlanğıcından xəbər verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam