Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Nicat Quliyevi həbs etmək kimə və nə üçün lazım idi?

 

 

MTN-in terroru sənədlərdə; Oyuncaq tapança üzərində qurulan əməliyyat

Xeberinfo.com:   Müraciət edilir: Azərbaycan Respublikasının Baş Prokuroruna. MTN-də aparılmış 1038 saylı iş üzrə

Həbs olunur. Nicat Quliyev. Xarici iqtisadi əlaqələr naziri (1993-1995). Ittiham olunur. Qanunsuz silah saxlamaqda. Həbsi həyata keçirir Milli Təhlükəsizlik Nazirliyi. Tarix: 2013-cü il 7 avqust. Siyasətin və havanın hərarətli günlərində. Onun evindən və maşınından müxtəlif markalı və təyinatlı silah vəsursat “tapılıb” – bu “tapıntının” təyinatına dair bir qədər sonra. Indilikdə söhbət Azərbaycan Respublikasının prezidentliyinə seçkilərin keçirilməsinə 2 ay qaldığı bir müddətdə sabiq nazirin arsenalla yaxalanmasının əsas rənginə fikir verək: MTN-əyaxınlığı heç bir şübhə doğurmayan internet mediasında (bunu da vicdanını hələitirməyənlər araşdırıb, soruşdursun) bu tamaşa-olay “Milli şuranın silahlı qanadının liderinin həbsi” kimi təqdim olunur. Bundan sonra bənzər media təqdim edilən məlumatı ictimaiyyətdə bərkitmək üçün əlindən gələni edir və ölkədə silahlı qiyam havası əsdiyini gözdən pərdə etməyə çalışır. Milli Şura baş verənləri uydurma, iddianın cəfəng olduğunu bəyan edir, Nicat Quliyevin isə bu qurumla heç bir əlaqəsi olmadığını vurğulayır. Görünən dağa bələdçi lazım olmasa da, bu media hansısa dairənin (sonradan Eldar Mahmudova birbaşa bağlı olduğu təsdiqlənən) təzyiqi və təlimatı ilə şər kampaniyasından əl götürmək barədə düşünmür.

Bu nə üçün lazım idi?

Əslində yuxarıda qeyd etdiyimiz – stəkanda fırtına qoparmaq taktikası ifşa olunsa da uzun illərdir hakimiyyətdaxili münasibətlər sistemində öz rolunu saxlayır. Mahmudov bu taktika ilə üz-üzə qaldığını mesajlayır və ciddi təhlükəni aradan qaldırmaq üçün həlledici rolunu qabardır. Təkcə bununla kifayətlənməyən (siyasiləri və hüquq müdafiəçiləri, jurnalistləri əhatə edən) həbslər isə hakimiyyətin mərkəzini dünyanın mütərəqqi qüvvələri ilə üz-üzə qoyur və daxildəki aqressiv qanadın müdafiəsinə möhtac olduğu qənaətini bərkidir. Bununla da hakimiyyət sistemini idarə etmək asanlaşır. Bunun üçün də Mahmudov üçün başlıca iş qorxu mühitini qoruyub saxlamaq, yeni düşmənlər “tapmaq” və onları ustaca təqdim etmək olur. Mahmudov da bunu təxirə salmadan davam edir. Bu mənada Nicat Quliyevin həbsi hökümətə müxalifətlə hakimiyyət içindən çıxmış nazirin “birgə əməliyyatın ifşası” kimi təqdim olunur. Səslənişindən də görünür ki, elə də naşı böhtan deyil. Həənd usta böhtan olduğu sonradan sənədlərlə üzə çıxır.

Nə “tapılıb” Nicat Quliyevdə?

Istintaq iddia edir ki, Nicat Quliyev bir neçə avtomat və qumbaralarla yanaşı 4 ədəd 9 mm çaplı “Makarov” tapançasını qanunsuz olaraq əldə edib, saxlayıb. Göründüyü kimi baş vermiş “tapıntı” hakimiyyəti ələ almağa bəs etməsə də bir şəxsi həbs etməyə bəs edib. Əsl məqsədin bu həbsdən sonra ya da onun ətrafındakı ajiotajdan başqa bir şey olmadığını nəzərə alsaq həqiqətə doğru hansı istiqamətdə yol almaq asanlaşır. Bu silahların Nicat Quliyevə aid olmadığını bilən, hətda istintaq dövrü maddi sübut kimi onlarla tanış olmaq imkanı əldə edə bilməyən (Nicat Quliyevə sırınan silahların yalnız şəkilləri mövcud idi) müdafiə tərəfi isə araşdırmaya başlayır təbii ki aşağıdakı suallarla:

1. Doğrudanmı bu silahlar var?

2. Varsa, haradadır və kimin?

3. Alınıb satılıbsa, kimdən kimə?

Nəticələr isə kifayət qədər sarsıdıcıdır. O mənada da bir dövlət qurumunun dövlət sənədlərini onun möhür və atributları altında necə saxtalaşdırdığı sadəcə qorxu yaradır. Dövlətin ali təyinatına inanan hər kəs bu saxtakarlıqlarla tanış olanda o ali institutun divarlarına hansı dinamitlərin bağlandığını görür. Çox təəsüf ki, biz bu dinamitlərin partladığını və hansı fəsadlar yaratdığını da gördük. Beləliklə, araşdırma ilkin mərhələdəhansı nəticəni verir?

Avtomatlardan birinin rəsmi sahibi olduğu məlum olur, “Kalaşnikov konserni” vəkillərin təkidlərinə baxmayaraq digər avtomatlarla bağlı məlumatı beynəlxalq sazişin tələblərinəuyğun olaraq (MDB) yalnız rəsmi orqanların müraciətinə əsasən verəbiləcəyini vəkilin sorğusuna olan cavabında bildirir. Təbii ki, vəkillər belə bir sorğunun verilməsinə nail ola bilmir. Çunki rəsmi orqanlar bu dəqiqləşməni aparmaqda maraqlı olmurlar. Tapançalarla bağlı sorğuya cavab olaraq DIN-in kriminalistika idarəsi bildirir ki, ekspertizaya MTN tərəfindən təqdim olunan tapançalar əslində “Makarov” tapançası deyil. Lakin bu tapançaların bir hissəsi dəyişdirilmiş, digər hissəsində isə yonma işləri aparılaraq odlu silaha çevrilib. Bəs nədir bu tapançalar? Sadəcə siqnal tapançası. Bildiyimiz idman usullu səsverici tapança odlu silaha necə çevrilib? Və yaxud da çevriləbilərmi? Nicat Quliyevin vəkili araşdırmalar üçün uzaq səfərlərə çıxmaqdan çəkinmir – minlərlə kilometr məsafədə yerləşən tapançaların istehsal olunduğu zavodun yerləşdiyi Rusiyanın Ijevsk şəhərinə. Bununla da ortaya daşdan keçən amma məhkəmələrdən keçməyən sənədlər çıxır. Məlum olur ki, bu siqnal tapançalar – adı Cevelo – N MR-371 (Cevelo-N MR-371) elə texniki konstruksiya həllər vasitəsi ilə istehsal olunub ki, heç bir halda odlu silaha çevrilə bilməz. Bunu istehsalçı zavod rəsmi cavabında deyir! Amma bu cavablara inanmamaq kimlərin işinə gəlirdisə gəldi.

Bu araşdırmaların cavabı bir çox nəticələr yaratdı:

– MTN Nicat Quliyevi həbs edərkən ilk saxtakarlığı siqnal tapançaları “Makarov” tapançası kimi təqdim etmək olub (siqnal tapançasının üzərində bu məhsulun həqiqi adı həkk olunduğu bilinə-bilinə);

– Bu saxtakarlıq müvafiq arayışla ifşa olunanda həmin siqnal tapançalarını güya kustar üsulla odlu silaha çevrildiyini iddia edərək və onlara özündən yeni bir ad verir “Makarov MR-371″;

– Bu saxtakarlıqlarla hazırlanmış iş cəmiyyətə zorakılığa cəhd kimi təqdim olunur;

– Nəticədə Nicat Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilir.

Ortaya daha nə çıxır?

Ilk növbədə siyasi məsələlərdə zorakılıqla bu cür spekulyasiyaların yolverilən olduğu ortaya çıxır. Ikincisi dövlət orqanları (bu məsələdə konkret MTN) sənədləri asanlıqla saxtalaşdırırlar və dövlətin imici barədə narahatlıq keçirmirlər. Dövlətin güc strukturu başqa ölkədə (Rusiyada) açıq satışda olan oyuncaqla (qiyməti 70 ABŞ dolları) “zorakılıq” şousu deməli ya xalqı ya da daha konkret şəxsi aldadır. Bu situasiyada görünən odur ki, xalq bunlara inanmayıb, vətəndaş cəmiyyəti və beynəlxalq birlik isə öz inamsızlığını qəti mövqeyi ilə ifadə etmişdir…

Bənzər olaylar varmı?

Araşdırma nəticəsində məlum olur: Nicat Quliyevə sırınan tapançalar (4 ədəd siqnal tapançası) da daxil olmaqla 75 ədəd eyni tapançalar bir satış olaraq istehsalçı zavod konkret hüquqi şəxsə (X şirkətinə) satılıb. Bu şirkət bu partiyanın tamamını başqa bir şirkətə satır və bunu müəyyən etmək üçün Nicat Quliyevin vəkili bir daha Icevskəyollanır. Redaksiyamıza daxil olan məlumata görə həmin silahların tamamını keçmiş MTN-nin keçmiş rəhbərliyinin ixtiyarinda olub və müxtəlif “iş”lərdə istifadə olunub. Bu “iş”lər nəticəsində həbsdə olan, milyonlar verib “canını qurtaran”lar da var.

Bir düşünən adamı silahla şərləyib həbs etmənin gizlinləri axı görəsən nədən ibarətdir? Araşdırmalarımız davam edəcək…

P.S. Nicat Quliyevə qarşı üzdəniraq hərəkətlərdə aktiv rol üstlənmiş MTN-in antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev həbs edildi, onun müavini Ilqar Əliyev Kürdəxanı təcridxanasında intihar etdi. Ailələri üçün faciəvi, dövlət qulluğu adına ibrətamiz, insanlıq adına utancverici hadisələrdən insanlıq, dövlətçilik və mənəvi dəyərləəleyhinəağır cinayətin digər iştirakçıları bu hadisələrdən nəticə çıxaracaqmı?

 

Bu sənədlərin üzə çıxmasında müstəsna xidmətləri olan vəkil Elton Quliyevin əziz xatirəsinə dərin hörmətlə peşəkarlığına ithaf olunur.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam