Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq nazir azadlığa buraxıldı

 

 

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.
Xeberinfo.com:   Musavat.com-un məlumatına görə, sabiq nazirin həbs müddəti başa çatıb.
Qeyd edək ki,  N.Quliyev keçmiş MTN rəhbərliyi tərəfindən 2013-cü ilin 7 avqustunda həbs edilmişdi. Həbsin siyasi motivi də olub. Nicat Quliyev o zamankı Milli Şuraya gizli dəstək verməsi və bu qurumu təsis edən Rüstəm İbrahimbəyovla telefonla danışması səbəbindən diqqəti cəlb etmişdi. Sonradan bu fraqment onun cinayət içindən çıxarıldı. 
İstintaqın rəsmi məlumatına görə, onun bağ evindən "Kalaşnikov" avtomatı götürülmüşdü. 
Həmin vaxt sabiq nazir qanunsuz  odlu silah saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğludur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam