Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mahmudovun məhkəmə ekspertləri kimlərdir?

mtn

MTN-in 75 oyuncaq tapançalarından çıxan yeni səs: Nicat Quliyevin «işində» köçürmə əməliyyatı

Xeberinfo.com:   MTN terrorunun dövlət orqanlarına bir xərçəng kimi yayıldığına dair sübutlar genişlənməkdədir. Günahsız yerə şərlənərək həbs edilən insanlar barəsində ədalətsiz hökmlər çıxarmaq üçün saxta məhkəmə ekspert rəyləri hazırlayan məhkəmə ekspertiza idarələri də bu qəbildəndir. Əlimizdəki bir sənəd MTN-in geniş terrorunu ifşa etməklə dövlətin imkanlarını vətəndaşa qarşı istifadə edən qurum və şəxsləri ortaya çıxarır. Yanlış da bir naxışdır. Ya da haqqı nahaqqla pərdələmək istəyən elə öz əli ilə tələyə düşür.

Nicat Quliyevə dair MTN-də açılmış 1038 saylı cinayət işindəki ekspert rəyi insanı dəhşətə gətirir:

Deməli “MR-371″ siqnal (səs) tapançalarına dair ekspert rəyi MTN-də mahiyyəti bizə məlum olan 1023 saylı işdən sadəcə kopyalanıb. Bu araşdırmanı gözdən keçirərkən aşağıdakı suallara da cavab axtarın.

  1. 1023 saylı iş nədir? Kimin şərlənməsinə dair işdir?
  2. 1023 saylı işdə də eyni silahlarmı istifadə olunub, yoxsa eyni partiyadan olan silahlardırmı?
  3. Bu işlərlə, yəni 1023 saylı işlə 1038 və 1042 saylı işləri bir birinə bağlayan “tapançalar” daha hansı şərlənmələrdə istifadə olunub?

Beləliklə aydın olur ki, MTN təkcə silahı, narkotiki “qoymagötürmə” əməliyyatları ilə kifayətlənməyib. Həm də məhkəmə orqanlarında bu terroru davam etdiriblər. Bu isə 11 ildən artıq vaxtda dövlət aparatına yayılmış bir mahmudovçuluq antidövlət xislətli dövləti bürüyərək dərin bir terrorun vüsət tapmasına rəvac verib.

Araşdırmalarımız davam edəcək…

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam