Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Bu, satqınlıq kimi qiymətləndirilməməlidir"

9c3ae1b3cc992f5396f4548cab9d8c9c

 

“Təkcə güc strukturları deyil, hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycana gələni izləməlidir”.

Xeberinfo.com:   Məlumata görə, bu fikirləri APA TV-yə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sabiq rəhbəri, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.
Onun sözlərinə görə, ölkənin hansısa təhlükədən qorunmasında həm də ictimaiyyətin üzərinə məsuliyyət düşür: “Nə qədər sərhədlərimizi qorusaq, o qədər yaxşıdır. Biz müharibə dövründə olan ölkəyik. Bizim düşmənlərimiz lap çoxdur. Ən böyük düşmənimiz isə ermənilər olub. Onlar daim bizim pisliyimizə çalışıb, terror hadisəsi törədiblər. Bu gün “ASALA” kimi terror təşkilatı olan Ermənistan Avropa və Amerika ölkələri tərəfindən bəyənilirsə, hansı ədalət prinsiplərindən danışmaq olar?”
Tağı Əhmədov terror təhlükəsindən müdafiədə texnoloji imkanlardan istifadə məsələsinə də toxunub: “O yerdə ki kameralar qurulur, orada təhlükəsizlik tədbirləri hər şeyi lentə alır. Amma bu kameralar kamikadzenin qarşını ala bilməz. Çünki bir insan ki səni öldürmək üçün özünü təhlükəyə atırsa, bunun qarşısını almaq çətindir. Azərbaycanda hamı bir-birini tanıyır. Qonşu qonşunu tanıyır. Birinin evində silah olanda digər qonşu onu polisə deməlidir, bu satqınlıq kimi qiymətləndirilməməlidir. Belə addım sadəcə onlarla insanın həyatını xilas etmək deməkdir. Yəni dediyimiz budur ki, terrorla mübarizəyə təkcə güc strukturları yox, cəmiyyət də səfərbər olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam