Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Tağı Əhmədov məhkəməyə gəlmədi -İtaliyaya getdi

tagi-ehmedovSabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilmişdi.
Xeberinfo.com:   Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses saat 14:00-dək təxirə salınıb.
Buna səbəb zərərçəkmişlərdən Tağı Əhmədovun və Akif Çovdarovun vəkillərinin prosesə gəlməməsi olub.
Bu iş üzrə təqsirləndirilən şəxslərin vəkillərindən əldə etdiyimiz məlumata görə, zərərçəkmişlərdən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri, Bakı Metropolitenin sabiq rəhbəri Tağı Əhmədov İtalyada olduğu üçün məhkəməyə gəlmədiyi deyilir. Onun yeni il tətili üçün İtaliyaya getdiyi bildirirlir. Bu gün səhər saatlarında Bakıya qayıdacaq Tağı Əhmədovun 14:00-da məhkəməyə gələcəyi deyilir.
Bildirək ki, Tağı Əhmədov Akif Çovdarova 3 milyon manata qədər pul verdiyini iddia edir. Çovdarov tərəfindən təhdid edildiyini, oğlu və qohumları ilə şantaj edildiyini deyən Əhmədov buna görə generalın tələbini yerinə yetirdiyini deyir.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam