Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq rəisə yeni vəzifə təklif olundu

 

Bir müddət əvvəl “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı Əhmədova yeni vəzifə təklif edilib. 

   "xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, QSC-nin sədri Zaur Hüseynov “Bakı Metropoliteni”nin sabiq “şefi” ilə bir yerdə işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı instansiyaya təklif ünvanlayıb. Təklifdə qurumun sədr müavini postuna Tağı Əhmədov təyin olunması istənilir, bununla bağlı müvafiq əmrin verilməsi xahiş edilir.

  Məlumatda bildirilir ki, bu ay ərzində prezident İlham Əliyev QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək.

    Xatırladaq ki,Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi olub. Bu il fevralın 26-da isə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə Zaur Hüseynov təyin olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam