Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Sabiq nazirdən Ziya Məmmədova qarşı təxribat?

Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən dünən sensasion bir fakt barədə məlumat yayılmışdı.

Xeberinfo.com:   Həmin xəbərdə deyilirdi ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahındakı axtarışlar zamanı oradan 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.

Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.

İlkin məlumata görə, sabiq nazir bu daş-qaşı və pulu ölkədən çıxarmağa sadəcə macal tapmayıb. Belə ki, vəzifədən azad edilməsi barədəki sərəncam ondan ötrü tam gözlənilməz olub. Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları Mahmudov-Çovdarov kriminal qruplaşmasının zərərsizləşdirilməsi üçün o qədər sürətli və məxfi xüsusi əməliyyat keçiriblər ki, sonuncuların bütün izləri itirməyə fürsəti olmayıb.

Eldar Mahmudovu gözlənilmədən dövlət başçısının iqamətgahına çağırıblar. Əməliyyat qrupu isə bu zaman MTN-ə daxil olub. Sabiq nazirin şəxsi mülklərində də bu cür sürətli şəkildə axtarış aparılıb.

Sabiq nazirin iqamətgahından götürülən daş-qaşın və nağd pul kütləsinin həcmi belə deməyə əsas verir ki, korrupsiyalaşmış piramidanın başında dayaanan E.Mahmudov hər ay nəhəng məbləğlərdə maliyyə resurslarını bir yerə cəmləyərək bu pulları ölkə xaricinə çıxarıb. Hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq götürülən pullar isə bu “polis uşaqlar”ın qarət etdiyi vəsaitin yalnız cüzi hissəsidir.

Burada maraqlı bir detala diqqət etmək lazım gəlir. Bəzi KİV-lərdə 17 tonluq hansısa bir yükün xaricə çıxarılarkən tutulması barədə çox qəribə bir informasiya yayılmışdı.Həmin məlumatda deyilirdi ki, bu yük nağd puldan ibarət olub, həmin vəsaiti ölkədən çıxarmağa çalışan şəxs isə nazirlərdən biri imiş.

Çox qəribə və təzadlısı da budur ki, həmin informasiyada Eldar Mahmudovun adının əvəzinə tamamilə başqa bir ad - keçirdi nəqliyyat naziri Ziya Məmmədovun adı!

Şübhəsiz ki, 17 ton pul kütləsinin ölkədən çıxarılması barədə deyilənlər sadəcə sayıqlamadır. Çünki bu qədər pul əslində elə ölkənin büdcəsinə bərabər tutula bilər. Lakin burada söhbət başqa məsələdən - ictimai rəyi çaşdırmaqdan və diqqəti başqa səmtə yönəltmək cəhdindən gedir. Mahmudov dövürünün MTN-ində informasiya ilə belə primitiv manipulyasiya cəhdlərini çox görmüşük.

Burada ortaya başqa bir maraqlı sual da çıxır: bu informasiyanı KİV-ə kim ötürüb, bununla da iz azdırmağa çalışıb? Üstəlik, nəzərə alınmalıdır ki, bu informasiya Mahmudovun iqamətgahından brilyant dolu bankalar və pul dolusu qutular tapılan kimi dövriyyəyə buraxılıb.

Sovet vaxtı KQB-nin nəzdində şayiələrin yayılması üzrə xüsusi aparat var idi. Belə texnologiyalardan həmin aparat vasitəsilə sovet vaxtı uğurla istifadə olunurdu. Mahmudov dövrünün MTN-ində də bu üsula əl atıblar - bunu o qədər də peşəkarlıqla edə bilməsələr də...

Əvvəlki suala qayıdaq: ictimaiyyəti bu məsələdə aldatmaqda kim maraqlı ola bilərdi? Şübhəsiz ki, Eldar Mahmudov özü və onun adamları.

Görünən budur ki, “Ziya Məmmədovun 17 ton pulu” barədəki dezinformasiyanı onlar ortaya atıblar. Məqsəd ictimai rəyin maraq və diqqətini digər nazirin üstünə fokuslamaq, jurnalistləri və ictimai rəyi çaşdırmaq olub.

Lakin burada başqa bir sual da çıxır: MTN-dəki mahmudovçular fraksiyası (ona qısaca “MTNXSS” deyək) nəyə güvənirdi, nəyə arxayın idi? Axı xalqdan oğurlanan sərvətlər gec-tez mütləq üzə çıxır...

Məsələ həm də ondadır ki, ölkənin hüquq-mühafizə orqanları hələ də susur və Mahmudov-Çovdarov kriminal duetinin əməlləri barədə ətraflı məlumatlar vermir. İnformasiyanı istintaq orqanları ilə bu və ya digər dərəcədə bağlı olan etibarlı mənbələrin köməyi ilə zərrə-zərrə əldə etmək lazım gəlir.

Mahmudovun taleyi və gələcəyi isə hələ də sual altındadır. Sabiq nazir həbsə alınacaq, yoxsa elə bu vəziyyətdə də qalacaq - bu məsələ hələ həllini tapmayıb. Amma o, özünün artıq olmayan nüfuzunu qorumaq üçün dövriyyəyə yalan informasiya buraxmağı qərara aldı.

Nəhayət, sonda. Həmin yalan informasiya dövriyyəyə əvvəllər - Mahmudovun vaxtında MTN-lə sıx əməkdaşlıq etmiş KİV-lərin köməyi ilə buraxıldı. Bir sözlə, həmkarlarımız diqqətli olmalıdır. Mahmudovun şayiə yayma aparatı hələ yatmayıb...

Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam