Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Cahangir Hacıyev həbs edilib?

 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev həbs edilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə məlumat hakimiyyət daxili mənbələrdən verilib.
Mənbə bildirir ki, həbsə səbəb dünən prezident İlham Əliyevin imzaladığı sərəncam olub. Beləki prezidentin imzaladığı sərəcamla milli təhülkəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.
Hakimiyyət daxilində də bu qərar çaşqınlıq yaradıb. Mənbə qeyd edir ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks nazirin qudası Cahangir Hacıyev həbs edilib.
Məlumat üçün qeyd edək ki, Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.
Cahangir Hacıyevin indiyə kimi həbs olunmamasına səbəb Eldar Mahmudov göstərilirdi. Beləki Eldar Mahmudov şəxsi nüfuzundan istifadə edərək, qudasını həbsdən yayındıra bilmişdi.
Dünən isə məlum sərəncamdan sonra DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin əməkdaşları (“Bandotdel”) əməliyyat keçirib. Və Cahangiz Hacıyev həbs edilib.
Cahagir Hacıyev “Maliyyə Xəyanəti”ndə suçlanırdı. Onun adı Beynəlxaq Bankın sədiri olduğu zaman yaxın ətrafına milyonlarla dolar civarında kreditlər verməsi və bir sıra oliqarxların çirkli pullarının yuyulmasında adı keçirdi.
Mənbə son olaraq bildirir ki, yaxın saatlarda məlumat rəsmi təsdiqini tapacaq.(qaynar.info)

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin saxlanması barədə bəzi KİV-lərdə yayılan xəbərlər öz təsdiqini tapmır.Virtualaz.org saytının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb və orada ifadə verib.
Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.
Xatırladaq ki, C.Hacıyev oktyabrın 17-də vəzifəsindən azad edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam