Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

MTN -nin “bakirə ovçusu” ifşa olunacaqmı?


 

MTN ətrafında yaşanan tükürpədici cinayət əməllərindən də dəhşətli olan bir məlumat mötəbər mənbədən məlumat daxil olub. 
Xeberinfo.com:   Məlumata görə, Nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin adı bizə bəlli olan yüksək çinli keçmiş əməkdaşı (görünür məhz belə hərəkətlərin onları daha tez “yandıra” biləcəyini vaxtında  başa düşüblər) yaranmış cəzasızlıq mühitindən sui – istifadə edərək,  cavan qızları “ovlamaqla” məşğul imiş.
 
O qarşılaşdığı və ya ona müxtəlif yollarla göstərilən qız uşaqlarını ağlasığmaz şirnikləndirici təkliflərlə:  həmin qızların  adına yeni tikilmiş binalardan 3 otaqlı bir mənzil yazdırmaq və bir ədəd  bahalı avtomobilin texniki pasportunu onların adına keçirməklə qızları yoldan çıxarır, onlarla evlənəcəyinə inandıraraq, bakirəliyini pozduqdan bir müddət sonra atırmış. Atılmış qızlar sonradan evsiz və maşınsız qalırmışlar...
Bu məşhur MTN - şik - “bakirə ovçusu” ələ keçirdiyi qızları bir müddətdən sonra inandırırmış ki, general rütbəsi  və ya yüksək vəzifə almaq üçün ona pul lazımdır. Bu bəhanə ilə evi və maşını qızların əlindən alır, növbəti ovunun adına keçirirmiş. Bu minvalla o ən azı 7-8 qızı bədbəxt edə bilib.
 
Günlərin bir günü isə, obrazlı desək, daş qayaya rast gəldiyindən, o daha “bir maşın - bir evlə təhlükəsizlik əməliyyatları”nı davam etdirə bilmir. Belə ki, qızlardan biri mənzil və avtomobili geri qaytarmaqdan imtina edir. Nəticədə yaranmış münaqişədən MTN - şikin öz halal ailəsi xəbər tutur və dərhal boşanır...
Bu “transmilli əməliyyatçı” ələ keçirdiyi “qaya - qız”la ər - arvad münasibətlərini davam etdirməyə məcbur olur.
Mənbənin verdiyi məlumata görə,  qəhrəmanımız  lazım gələndə hətta yalançı toylar da təşkil edirmiş. Yəqin toylara da elə öz MTN - şik həmkarlarını qohum - qardaş adı ilə dəvət edirmiş.
Redaksiya belə toylardan birinin video kasetini əldə etməyə çalışır.
 
Mövzuya qayıdacağıq və bu “təhlükəsizlik uzmanı“nın öz rəsmi MTN - çi səlahiyyətlərindən istifadə edərək, ələ keçirdiyi qızların ailələrinə, onların valideynlərinə qarşı daha hansı qanunsuzluqları etdiyi barədə oxucularımıza məlumat verməyə çalışacağıq.
P.S. Sonda, aldadılaraq bədbəxt edilmiş həmin qızlarımıza müraciət edirik: adlarınızın gizli saxlanılacağına əmin olun. Redaksiyamıza və ya hüquq - mühafizə orqanlarına rəsmi müraciət edin ki, bu “manyak - transmilli - əməliyyatçı” öz çirkin əməllərini davam etdirib yeni - yeni ailələri bədbəxt edə bilməsin. Əgər bunu vaxtında etməsəniz,  gələcəkdə sizin müxtəlif təzyiq və şantajlarla üz - üzə qalacağınız da qaçılmaz ola bilər.
Moderator.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam