Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirliyin daha bir adamının adı "MTN" işində

 

Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışmış Habil Məmmədovun MTN-dəki İdarə rəisləri ilə, xüsusilə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olub. 

 

Xeberinfo.com:   Məlumata görə, Vergilər Nazirliyində çalışan yüksək vəzifə daşıyan şəxslər Mahmudov qruplaşmasına dəstək verib. 

Onlardan biri, Vergilər Nazirliyinin idarə rəisi, 3-cü dərəcəli dövlət dövlət ədliyyə müşaviri Vidadi Məmmədov bir qədər əvvəl vəzifədən çıxarılaraq “MTN işi” ilə bağlı Baş Prokurorluğun başladığı istintaqa cəlb edilib. 

Qeyd edək ki, V.Məmmədov bu ilin avqust ayında Vergilər Nazirliyində geniş səlahiyyətlər verilmiş cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinə rəis təyin edilmişdi. 

İddiaya görə, o da MTN-in təlimatları əsasında iş adamlarını soyurmuş. V.Məmmədov iş adamlarını öz otağına çağıraraq istədiyi rüşvəti ala bilmədiyinə görə qoluna qandal da vurdura bilirmiş.

V.Məmmədovun rəhbərlik etdiyi yeni idarə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin, borcluların əmlakına həbs qoyulmaq kimi geniş səlahiyyətlərə sahib olub.

Qaynağımız deyib ki, Vergilər Nazirliyində yüksək post tutan, vaxtilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsində çalışmış Habil Məmmədovun da MTN-dəki İdarə rəisləri ilə, xüsusilə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevlə sıx əlaqəsi olub. 

F.Əliyev istədiyi vaxt H.Əliyevin rəisi olduğu Vergi Auditi Departamentinə heç bir maneə olmadan daxil ola bilirmiş. Belə bir toxunulmamazlıq bu günün özündə belə Vergilər Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərə şamil olunur.

Maraqlıdır ki, F.Əliyevin H.Məmmədovla sıx əlaqədə olduğu günlərdə iri sahibkarlar MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb, orada var-dövlətləri, milyonları əllərindən alınıb.

H.Məmmədovun kolleqası Vidadi Məmmədov “MTN işi” üzrə istintaqa cəlb olunanda belə xəbərlər vardı ki, o, sahibkarlar haqda məlumatları “mahmudovçu”lara ötürüb.

Bu baxımdan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi postu çox əhəmiyyətli post hesab olunur. Bu post konfidensial məlumatlara çatımlılıq baxımından V.Məmmədovun tutduğu postdan daha əhəmiyyətli olub. 

F.Əliyevlə H.Məmmədovun xarici ölkələrə birgə səfərləri, xüsusən Dubay və İtaliyaya tez-tez baş çəkmələri haqda da məlumatlar var. Belə ehtimallar var ki, onların bu ölkələrdə mülkləri, biznesləri də var. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

cumhuriyyet.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam