Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Deputatlığa qalmaqallı namizədin atası işdən çıxarıldı

timthumb

Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimi Xəyyam Məmmədov bu gün tutduğu vəzifədən azad olunub.

Xeberinfo.com:   Məlumata görə, bu barədə Xəyyam Məmmədovun oğlu, 112 saylı Qax seçki dairəsindən keçmiş deputatlığa namizəd Paşa Məmmədov məlumat verib.

P.Məmmədov bununla bağlı Feysbukda yazıb: “Dünən atamın ad günü idi, bugün isə onu Ag Ciyər Xəstəlikləri İnstitutunda tutduğu Baş Həkim vəzifəsindən kənarlaşdırdılar. Cox sağolsunlar, minnətdarıq. NO COMMENT”.

Xatırladaq ki, Paşa Məmmədov namizəd olduğu dairədə aktiv seçki kampaniyası aparmış, lakin namizədliyi DSK tərəfindən ləğv olunduğundan seçkidə iştirak edə bilməmişdi. Hələ kampaniya dövründə məlumatlar yayılmışdı ki, seçkidən sonra Paşa Məmmədovun atası tutduğu vəzifədən azad olunacaq.

Göründüyü kimi, bu ehtimallar özünü doğruldub.

01


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam