Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MSK-dan namizədlərə və KİV-lərə xəbərdarlıq

 

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Xeberinfo.com":   Məlumata görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonra bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürən Sərdar Mehdiyevin MSK-ya müraciət etdiyini deyib: “Vətəndaş bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb. MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın düzgün qərar çıxardığı məlum olub”.

57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyini irəli sürən Azad Mürsəliyev MSK-ya müraciət edib. O, müraciətində bildirib ki, DSK-nın qərarı əsassızdır. Məlum olub ki, onun DSK-ya təqdim ediyi imzalardan bir hissəsi etibarsızdır və namizədliyin qeydə alınması üçün yetərli deyil. Ona görə də A.Mürsəliyevin namizədliyi qeydə alınmayıb.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürən Ulduz Quliyeva DSK-nın onunla bağlı qərarını mübahisələndirib. Məlum olub ki, namizədin DSK-ya təqdim etdiyi imzalar yetərli deyil. U.Quliyevanın namizədliyi qeydə alınmayıb.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyini irəli sürən Ramin Hüseynovun şikayətinə baxılıb. MSK R.Hüseynovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını ləğv edib. Onun namizədliyi qeydə alınıb. Daha sonra 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürən Namiq Əliyevin müraciətinə baxılıb, onun namizədliyi də qeydə alınıb. Eyni zamanda 19 saylı Nərimanov birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Mübariz Rəhimlinin şikayəti təmin edilməyib.

İclasda deputatlığa namizədlərin təşviqatı ilə bağlı məsələyə aydınlıq gətirilib. MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, deputatlığa namizədlər təşviqat kampaniyasını seçicilərlə görüş, KİV-lər, kütləvi kampaniyalar və çap materialları vasitəsilə apara bilərlər.

N. Məmmədov bildirib ki, təşviqatla bağlı xüsusi qaydalar və qadağalar müəyyənləşdirilib: “Ölkə ərazisində dairələr üzrə təşviqat aparmaq üçün açıq və qapalı yerlər müəyyənləşdirilib, növbəlilik əsasında, bir-birinə mane olmamaqla deputatlığa namizədlər bu yerlərdə seçicilərlə görüşlər keçirə bilərlər. Çap və audiovizual materialların yayılması üçün də seçki məntəqələrində seçicilərin yaxşı görəcəyi və oxuya biləcəyi seçki lövhələri yerləşdirilib. Əvvəllər seçki materialları binalarda, tarixi abidələrin üzərində və digər yerlərdə elə yerləşdirilirdi ki, sonra onları çıxarmaq mümkün olmurdu. Bu, qadağandır. Ticarət mərkəzlərinin sahibləri icazə verərsə, MSK ilə razılaşdırmaqla təşviqat materialları bəzi ticarət mərkəzlərində pəncərədə, şüşə üzərində yerləşdirilə bilər”.

N. Məmmədov hər kəsin hüququna uyğun təşviqata imkan yaradılmalı olduğunu vurğulayıb: “Ödənişli əsaslarla bir namizədə telekanalda 10 dəqiqəlik, digər namizədə 5 dəqiqəlik vaxt ayrıla bilər. Bu, qeyri-bərabərlik kimi görünə bilər, amma namizədin hüququ var ki, daha çox pul ödəyib, əlavə vaxt alsın və bu baxımdan namizədlər üçün bərabər imkanlar yaradılıb. Təşviqatı aparan subyektlər də məsuliyyət daşıyırlar, bu imkandan başqa məqsədlə sui-istifadə edələrsə (mili ayrı-seçkilik, çevrilişə çağırış və s.), bu barədə tədbirlər görülməsi üçün əsaslar yaranır”.

MSK sədrinin müavini qeyd edib ki, MSK KİV-də təşviqatı diqqət mərkəzində saxlayır. Azərbaycanda fəaliyyət göstərən, təsisçisi xarici dövlətlər, vətəndaşlığı olmayan şəxslər, xarici birliklər olan KİV-lər, beynəlxalq təşkilatlar, bələdiyyə orqanları, dövlət və bələdiyyə payı 30 faizdən yuxarı olan qurumlar təşviqat kampaniyasında iştirak edə bilməz: “Ancaq sosial şəbəkələrdə aparılan təşviqatın qanuni və qeyri-qanuni olması barədə fikir demək asan deyil. Seçki prosesində iştirak edənlər məsuliyyətli davranmalıdırlar. Seçkiqabağı təşviqatın qanunvericiliyin tələbinə uyğun keçirilməsi üçün Azərbaycanda tam şərait var. Lakin biz hamımız birlikdə qanuni vasitələrdən istifadə etməliyik. Qanundankənar vasitələrlə seçicilərin iradəsinə təsir göstərilməsi halı da deputatlığa namizədin ləğvinə yol açır”.

MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlər məcbur etməməlidirlər ki, MSK sərt qərarlar versin: “Biz kimisə cəzalandırmağa çalışmırıq. İstəyirik ki, namizədlər bizə imkan versinlər ki, qanunvericiliyə uyğun olaraq sərt addımlar atmayaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam