Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Cəbhədə partlayış: mülki şəxs ağır yaralandı

Tərtərin Səhləbad kəndində mülki şəxsin ağır yaralanması ilə nəticələnən partlayış baş verib.

"Xeberinfo.com":    ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Laçın rayonundan məcburi köçkün, 50 yaşlı Rizvan Bədəlovun məskunlaşdığı Səhlabad kəndi ərazsindəki keçmiş məktəb binasının yaxınlığında baş verib.

Partlayış baş verən ərazi

Bildirilir ki, Rizvan Bədəlov axşam saatlarında hasarın kənarına topladığı zibili yandıran zaman alov yaxınlıqdakı qamışlığa keçib. Zərərçəkmiş qamışlıqda başlayan yanğının qarşısını almağa çalışarkən ərazidə olan hərbi sursat qəfildən partlayıb. Partlayış nəticəsində Rizavan Bədəlov ağır yaralanıb. Yaxınları tərəfindən Tərtər MRX-na çatdırılan yaralının vəziyyəti ağır olduğundan Bərdəyə göndərilib.

Yaralı Rizvan Bədəlov

"Məhəlləni təmizləyəndə, zibilin içində müharibədən qalmış patron varmış. Od verəndə patron elə partlayıb, qəlpə gəlib ona dəyib." - deyə yaralının qardaşı Telman Bədəlov bildirib.

Xəstəxanadan verilən məlumata görə, Rizvan Bədəlov hər iki ayağından və qarın boşluğundan qəlpə yaraları alıb. Əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Partlayan hərbi sursatın iri çaplı pulemyot gülləsi olduğu və I Qarabağ müharibəsi dövründən əraziyə atıldığı ehtimal edilir. Hazırda baş vermiş faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam