Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qubada qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb-FOTO

Qubada qonşusunun evindən  oğurluq edən şəxs saxlanılıb 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində  oğurluq olması barədə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyaları  oğurlandığı müəyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçreş kənd  sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev  saxlanılıb.  

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində  həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam