Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Hacıqabulda narkotik alverçiləri həbs edildi –FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər - Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərov da saxlanılıblar. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam