Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib

 

 

 Milli Məclisin deputatı Tahir Kərimli radarlarla bağlı cərimələrin ləğv olunmasını təklif edib.

Yenixeber.org: T.Kərimli qeyd edib ki, qanunvericilikdəki bu cəzalar əhəmiyyətini itirib: “Telefonlara yüklənilə bilən müxtəlif proqramlar vasitəsilə sürücü yolun hansı hissəsində radarın olduğunu müəyyən edə bilir. Sürücü radarın harada olduğunu bildikdən sonra sürət həddini aşağı salır. Belə olan halda, qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var ki?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın”.

Deputat bununla yanaşı qeyd edib ki, digər məsələlərlə bağlı cəzalar sərtləşdirilməlidir: “Siqnallara, dayan-durma qaydalarının pozulmasına, piyadaların yolda telefonla danışmasına görə isə cəzalar sərtləşdirilməlidir. Piyada bir dəfə 50 manat cərimə edilərsə, daha qaydanı pozmaz. Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir... Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq lazımdır, cəzalar sərtləşdirilməlidir. Yaşayış binaların yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər”.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam