Ukraynaya daha 100 milyonluq hərbi yardım gəlir...
Estoniya 2025-ci ildə də Ukraynaya 100 milyon avrodan çox hərbi dəstək göstərəcək.
Yenixeber.org: Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib.
Onun sözlərinə görə, yardımın böyük hissəsi Estoniya hərbi sənaye müəssisələrinin məhsulları vasitəsilə təmin olunacaq.
“Estoniya ukraynalılara təlim keçməyə və Ukraynanın müdafiə sektorunda İT həlləri dəstəkləməyə davam edəcək”, - nazir əlavə edib.