Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Tramp yenə də, BRICS ölkələrini hədələdi

Tramp husilərə görə İranı hədələdi

ABŞ prezidenti Donald Tramp BRICS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrin əlavə 10% rüsumla üzləşəcəyini bildirib.

Yenixeber.org: "BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə ƏLAVƏ 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq!".

Bunu Tramp özünün Truth Social hesabında yazıb.

ABŞ prezidenti BRICS-in “antiamerikan siyasəti” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

BRICS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi - liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra bloka Cənubi Afrika, keçən il isə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.

Rio-de-Janeyroda keçirilən sammitdə BRICS ölkələrinin liderləri Qəzza və İrana hücumları qətiyyətlə pisləyib, qlobal institutlarda islahatların aparılmasına çağırıb və assosiasiyanın hərbi münaqişələr və ticarət müharibələri fonunda çoxtərəfli diplomatiya üçün yeni platforma kimi rolunu vurğulayıblar.

BRICS liderləri birgə bəyanatda “İranın mülki infrastrukturuna və dinc nüvə obyektlərinə hücumları” pisləyib və onları beynəlxalq hüququn pozulması adlandırıblar. Onlar həmçinin İsrailin Qəzzaya hücumları fonunda fələstinlilərin vəziyyətindən ciddi narahat olduqlarını bildiriblər və Hindistanın idarə etdiyi Kəşmirdəki “terror hücumunu” pisləyiblər.

İqtisadi tərəfdən, bəyannamədə artan tariflərin qlobal ticarəti təhdid etdiyi barədə xəbərdarlıq edilib - bu, Tramp administrasiyasının ticarət müharibəsi siyasətlərinə üstüörtülü töhmətdir. Liderlər Efiopiya və İranın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyini dəstəkləyib və ÜTT-nin ticarət mübahisələrini effektiv şəkildə həll etmək qabiliyyətinin təcili bərpa olunmasına çağırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam