Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Paşinyan Sülh sazişindən danışdı:"...imzalamağa hazırıq"

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib. 

Yenixeber.org: İTV-nin müxbiri Paşinyandan Ermənistan yeni Konstitusiyasında Müstəqillik haqqında Bəyannaməyə istinadın olub-olmayacağını soruşub.

Nikol Paşinyan deyib ki, Ermənistanda hələ yeni Konstitusiya layihəsi yoxdur.

Paşinyan sülh sazişi barədə də danışıb. Onun sözlərinə görə, İrəvan ATƏT-in Minsk Qrupunun buraxılmasını məqbul hesab edir: “Bizim təklif etdiyimiz həll yolu belədir: sülh sazişi imzalamaq və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək. Yəni eyni yerdə, eyni zamanda – bu çox vacibdir. Bu, regionumuzda qarşılıqlı etimadın və sabitliyin çox mühüm jesti olacaq”.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin razılaşdırılmış mətnində Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Sülh sazişi Ermənistan Respublikasının parlamentində ratifikasiya edildikdə qeyd olunacaq ki, Ermənistan Respublikasının Azərbaycana və ümumiyyətlə, qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Sülh sazişini imzalamaq və onu ratifikasiya etməklə bağlı qərar verməyə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam