Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ukraynadan “9 May” mesajı -FOTO

Ukrayna ordusundan “9 May” mesajı – FOTO

9 May Qələbə Günü ərəfəsində Ukrayna tərəfindən simvolik və eyni zamanda siyasi mesaj daşıyan görüntü yayılıb.

Yenixeber.org: İnternetdə sürətlə yayılan və gecə görüntüləri olan fotoda, hərbi uniformada olan bir neçə əsgərin fonunda bir pilotsuz uçuş aparatı (PUA) yer alır. PUA-nın üzərində isə iri hərflərlə “Happy 9th of May, Vladimir” (“9 Mayın mübarək, Vladimir”) sözləri yazılıb.

Fotoda yer alan yazı birbaşa Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış simvolik bir xəbərdarlıq kimi dəyərləndirilir. Kadrlardan aydın görünür ki, görüntü gecəgörmə avadanlığı ilə çəkilib və əməliyyat şəraitində hazırlanıb.

Ukrayna mediası və sosial şəbəkə istifadəçiləri bu görüntünü Rusiya rəhbərliyinə qarşı sarkastik və psixoloji mesaj kimi şərh edirlər. Yazının xüsusilə 9 May tarixindən əvvəl yayılması isə təsadüf deyil. Məlum olduğu kimi, Rusiya bu günü II Dünya Müharibəsində faşizm üzərində qələbə günü kimi hər il genişmiqyaslı hərbi paradlarla qeyd edir. Ukrayna isə son illərdə bu tarixi rəmzi olaraq Rusiya hərbi simvollarına qarşı cavab günü kimi istifadə edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam