Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

 Aİ-nin Ermənistana hərbi yardımına VETO QOYULDU

Qərb Ermənistanı Ukraynanın gününə salacaq – ƏTRAFLI

Macarıstan Avropa İttifaqının (Aİ) Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avroluq hərbi yardım göstərməsinə mane olub.

Yenixeber.org: Məlumata görə, Brüsseldəki diplomatik mənbə “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Budapeşt qərara veto qoymağa davam edir. Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri qurumun xarici siyasət rəhbəri Kallasın Ermənistana yardım etmək təklifini dəstəkləyib.

Nəticədə iclasda aparılan danışıqlar heç bir irəliləyişə nail olmayıb.

Ötən ilin iyulunda Ermənistan Aİ-dən ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının yaradılmasına və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan aylardır ki, yaxın əlaqələr saxladığı Azərbaycana da analoji yardımın göstərilməsini tələb edərək, Ermənistana bu vəsaitin ayrılmasına mane olub.

Aİ-yə üzv olan digər dövlətlərdən fərqli olaraq, Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyib. Macarıstanın baş naziri Viktor Orban Azərbaycanı Budapeştə dost ölkə hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam