Üç gündə iki mühüm hadisə- Bakı İrəvana strateji zərbə vurdu
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi şəkildə bəyan edib ki, Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə yalnız işğala son verməklə qoşula bilər.
Yenixeber.org: Nazir çıxışında deyib: “Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır”.
Nazir açıq şəkildə bəyan edir ki, Ermənistan BTQ-yə qoşula bilər, bunun üçün ilk növbədə işğal altında olan torpaqları azad etməlidir. Azərbaycanın şərti bundan ibarətdir.
Məsələyə münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov XİN rəhbərinin fikirlərini dəstəkləyib. O, hesab edir ki, Ermənistan yalnız işğala son qoymaqla Azərbaycanın təşəbbüskarı olduğu layihələrə qoşula bilər:
“Bakı-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolu çox böyük layihədir. Vacib amildir ki, Azərbaycan bu layihələrdə həm iqtisadi, həm siyasi təşəbbüs göstərir, real sərmayələr qoyur. Təbii ki, bu sərmayələr gec, ya tez Azərbaycana böyük xeyir gətirəcək. Çünki, tranzit ölkələr bundan öz iqtisadiyyatları üçün istifadə edib, mənfəətlər götürürlər. Ermənistanın iqtisadi blokadaya alınması isə Azərbaycanın ardıcıl şəkildə həyata keçirdiyi siyasətidir. Bu layihə ilə Ermənistanın blokadası daha da güclənəcək”.
Politoloq Sahil İsgəndərovun fikrincə, həm Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, həm də Azərbaycan, Rusiya və İran prezidentlərinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Tehranda keçirdikləri görüş və bu yöndə atdıqları addımlar ondan xəbər verir ki, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı, post-neft iqtisadiyyat modelinin yaradılması üçün ardıcıl siyasəti uğurlu nəticə verir:
“Azərbaycanın həm siyasi, həm geosiyasi, həm də geostrateji əhəmiyyəti bütün dövlətlər, dünyanın güc mərkəzləri, ilk növbədə isə həmsərhəd dövlətlər tərəfindən qəbul olunur. Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, hamı üçün sərfəli olan, ikitərəfli, üçtərəfli, çoxtərəfli iqtisadi, geostrateji, geoiqtisadi layihələrin reallaşmasında ölkəmiz maraqlıdır. Ona görə də Bakı-Tbilisi-Qars layihəsinə o qədər də loyal yanaşmayan Rusiya və İranAzərbaycanla Şimal-Cənub nəqliyyat dəhlizinin ərsəyə gəlməsində müştərək çıxış edir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin güclü və incə diplomatik siyasətindən xəbər verir”.
Rusiya və İranın Ermənistana himayədarlıq etdiyini xatırladan S.İsgəndərov vurğulayıb ki, bütün bunlara baxmayaraq, həmin dövlətlər iqtisadi və geostrateji məsələlərdə Azərbaycanın yanındadır:
“Azərbaycan qətiyyətlə və prinsipial qaydada Ermənistanı bu layihələrdən təcrid edir. Bu dövlətlərdən heç biri Azərbaycana irad tuta bilmir ki, Ermənistan da bu layihələrə qoşulsun. Bu, ondan xəbər verir ki, müxtəlif dövlətlər Ermənistana havadarlıq etsələr də, Azərbaycanın əhəmiyyətini gözəl dərk edirlər. Ona görə də Ermənistanın təcrid olunması müqabilində belə Azərbaycanla əməkdaşlığa gedirlər. Bütün bunlar göstərir ki, Azərbaycan prezidentinin yürütdüyü siyasət bu müstəvidə ölkəmizə çox böyük iqtisadi və siyasi dvidentlər qazandırır”.
S.İsgəndərov vurğulayıb ki, nəhəng layihələr reallaşdıqca Azərbaycanın Ermənistana Dağlıq Qarabağ məsələsində təzyiq etmə potensialı da artır:
“Gələcəkdə iqtisadi kollapsda olan Ermənistanın vəziyyətinin yüngülləşdirilməsi üçün bu və digər layihələrə qoşulması xahişi ortaya çıxanda, Azərbaycan bundan istifadə edib, düşmən ölkəyə havadarlıq edən dövlətlər qarşısında məsələ qoya bilər ki, Dağlıq Qarabağmünaqişəsi həll olunsun və Ermənistan bundan sonra layihələrə qoşulsun.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, biz Ermənistanın bu layihələrdə iştirakının əleyhinə deyil. Bir şərtlə ki, Ermənistan işğalçı siyasətindən əl çəksin. Məsələ burasındadır ki, ölkə başçısı yalnız Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təcavüz siyasətini nəzərdə tutmur. Ümumiyyətlə, Ermənistanın regional təhlükəsizliyə təhdid olduğunu vurğulayır. Burada Azərbaycan təkcə özünü yox, bütün həmsərhəd dövlətləri nəzərdə tutur. Ermənistanın Türkiyə, İran, Gürcüstan, hətta havadarı Rusiyanın belə cənub torpaqlarına iddiaları var. Ona görə də ölkə başçısı bütün həmsərhəd dövlətlərə mesaj verir ki, Ermənistanın işğalçılıq siyasəti yalnız Azərbaycana qarşı yönəlməyib.
Bakı-Tbilisi-Qars, Şimal-Cənub magistral dəmir yolları dövlətimizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda bütün məsələlərdə şərt qoyan tərəf olduğunu göstərir. Azərbaycan şərt qoyursa ki, Ermənistan bu layihələrdə iştirak etməyəcək və bütün tərəflər bu şərti qəbul edib, həmin layihələri reallaşdırırlarsa, Ermənistan üçün bundan güclü və təhlükəli mesaj ola bilməz. Bu, artıq onu göstərir ki, həmin dövlətlər yeri gəlsə, Ermənistanı lazımsız bir aktor kimi kənara qoyub, Azərbaycanı tutacaqlar. Bu iki layihə bunu sübut edir”.
Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə başlaması, ardınca Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri, həmkarı Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinlə strateji əhəmiyyət kəsb edən görüşləri İrəvanın həqiqətən bölgədə küncə sıxışdırılmış durumda olduğunu göstərdi. Sarkisyan hakimiyyəti açıq-aşkar pərt durumdadır. Ona görə ki, Azərbaycan nəhəng regional layihələrə imza atır, Ermənistanisə bunu sadəcə seyr etməklə məşğuldur.
Üç gün ərzində BTQ-nın işə salınması və Prezidentin Tehran səfəri Bakının İrəvana vurduğu növbəti strateji zərbə kimi qiymətləndirilir.(azvision)
Elvin Abdulqədiro