Prezident Volodimir Zelenski bildirib ki, müharibədə sülhə nail olmaq üçün Ukrayna və ABŞ komandaları yenidən işə başlayıb.
Yenixeber.org: Dövlət başçısının mətbuat xidməti xəbər verir ki, Zelenski bunu Brüsseldə Avropa Şurasının iclasında çıxışı zamanı deyib.
“Hamınıza bildirmək istəyirəm ki, komandalarımız - Ukrayna və Amerika yenidən işə başlayıb. Gələn həftə dolğun bir görüşün keçiriləcəyini gözləyirik”, - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna müharibənin ilk saniyəsindən sülhə nail olmaq istəyir.