Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu dövlətlər “Boeing-737”-nin istismarını dayandırdı -SƏBƏB

 Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bu tipli sərnişin təyyarəsi ilə son uçuş qəzasından sonra “Boeing-737 MAX 9” təyyarəsinin istismarının dayandırılması barədə göstəriş verib.

Yenixeber.org: Bu barədə “Röyter” agentliyi məlumat yayıb.

“Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi MAX 9 təyyarəsi ilə bağlı FAA direktivini qəbul edib, lakin qeyd edib ki, Aİ-yə üzv heç bir hava yolu şirkəti “hazırda təsirə məruz qalan konfiqurasiyada təyyarələri idarə etmir”, - agentlik yazır.

Qərar FAA-nın əmri əsasında qəbul edilib. Buna səbəb Amerikanın “Alaska Airlines” aviaşirkəti ilə insident olub.

Britaniyanın aviasiya tənzimləyicisi “Boeing-737 MAX 9” təyyarələrini işlədən bütün aviaşirkətlərdən Böyük Britaniyanın hava məkanına girməzdən əvvəl FAA qaydalarına riayət etmələrini tələb edəcəyini bildirib.

Agentliyin məlumatına görə, Türk Hava Yolları təftiş aparmaq üçün özünə məxsus 5 “Boeing 737 MAX 9” təyyarəsinin istismarını dayandırıb. Bu barədə Türkiyənin aviadaşıyıcısının birinci vitse-prezidenti Yəhya Üstün məlumat verib.

ABŞ tənzimləyiciləri daha əvvəl təhlükəsizlik yoxlamaları üçün 171 “Boeing 737 MAX 9” təyyarəsinin istismarını dayandırıb.

Alyaska Hava Yollarına məxsus sərnişinləri daşıyan yeni təyyarə ABŞ-ın Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib.

Uçuş zamanı təyyarənin gövdəsinin bir hissəsi təyyarədən qopub və sərnişin salonunda təzyiq azalıb.

Hadisə ilə əlaqədar şirkət bu modeldə olan 65 təyyarəsinin hamısını müvəqqəti olaraq xidmətdən çıxarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam