Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

EASA: -“Boeing 737 Max” Aİ-də istifadə oluna bilər

EASA: “Boeing 737 Max” Aİ-də istifadə oluna bilər

“Boeing 737 Max” təyyarəsi müvafiq təkmilləşdirmə işlərindən sonra Avropa İttifaqında (Aİ) istismara hazırdır.

Yenixeber.org: Bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) açıqlama verib.

Təşkilatın icraçı direktoru Patrik Kay təyyarənin təhlükəsizliyinə dair ayrıca olaraq həm uçuş, həm də simulator sınaqlarını keçirdiklərini bildirib.

“Təyyarənin təhlükəsiz olduğuna dair tam arxayınıq və bu da icazə verməyimiz üçün ilkin şərtdir. Bununla belə “737 Max”ın istismara qaytarılmasından sonra da necə işlədiyini diqqətlə izləyəcəyik. Həmçinin bizim israrımızla “Boeing” də bu təyyarənin daha yüksək təhlükəsizliyinə nail olmaq üçün orta perspektivdə daha da təkmilləşdirmə işi üçün çalışacaqlarına dair öhdəlik götürüb”, – deyə EASA rəhbəri qeyd edib.

Ötən ilin noyabr ayında ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stefen Dikson “Boeing 737 Max” təyyarəsinin təhlükəsizlik məsələlərinin hərtərəfli və müfəssəl təhlilindən sonra istismara qaytarıla biləcəyi barədə sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam