Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

HƏMAS-ın tunelləri İsrail ordusunun kabusuna çevrilib - "Yerin altına girdikləri anda..."

“İsrail qüvvələrinin əsas hədəfi olan HƏMAS-ın öz əməliyyatlarını həyata keçirmək üçün illər boyu diqqətlə hazırladığı tunellərdir”.

Yenixeber.org: Bu fikirlər “Al-Jazeera”da dərc olunan məqalədə deyilir.

İşğalçı İsrail ordusu 40 günə yaxındır ki, Qəzzada dinc insanların kütləvi qətlinə səbəb olan bombardmanlar həyata keçirir. Quruda isə məhdud əməliyyatlar keçiriblər. Bu zaman müəyyən problemlərlə qarşılaşıblar.

Ekspertlər "Al-Jazeera”- yə bildiriblər ki, tunellər yeraltı hörümçək torunu xatərladır. İsrail ordusu onu aradan qaldırmaq istərsə, ciddi çətinliklərlə üzləşəcək.

Atlantik Şurasının baş elmi işçisi Riçard Outzen bildirib ki, bu tunel şəbəkəsinə qarşı hərbi kampaniya İsrail ordusundan “aylarla zəhmət” tələb edəcək.

Bəzi İsrail rəsmilərinin “metro” adlandırdıqları tunellərin  tam ölçüsünü çox az adam bilir. Ancaq tunellərin uzunluğu yüzlərlə kilometrlə ölçülür. Ekspertlər tunellərin dərinliyinin 15 ilə 60 metr (50 ilə 200 fut) arasında olduğunu təxmin edirlər. 

2021-ci ildə İsrail ordusu zolağın altında 300 km (186 mil) tunelin keçdiyini bildirib.

Bunlardan bəzilərinə oksigen çənləri, su boruları və elektrik işıqları ilə xidmət göstərilir. “Al Jazeera Arabic”-dən 2021-ci ilə aid eksklüziv videoda, işləyən telefon xətti və silahların saxlandığı otaqları olan yeraltı ofisə aparan betonla möhkəmləndirilmiş dəhlizlər göstərilir.

Bəzi tunelləri yer səthindən məhv etmək asandır, amma onlarda HƏMAS-ın əlində olan girovların bir qisminin saxlanıldığı iddia olunur. Tunellər fələstinli döyüşçülərə qəfil hücumlar həyata keçirməyə və işğalçılardan yayınaraq zolaqda sürətlə hərəkət etməyə imkan verir.

London Kral Kollecinin müdafiə məsələləri şöbəsinin dosenti Andreas Kriyeq bildirib ki, "Həmasın son 17 ildə əsas səylərindən biri onları dayanıqlı edəcək tunellər qazmaq idi, bu, yan fəaliyyət deyildi" .

"İsrailin texnologiya üstünlüyü var. Lakin onlar aşağı texnologiyalı müharibəyə cəlb olunublar və bu rəqabət üstünlüyü yerin altına girmək məcburiyyətində qaldıqları anda qüvvəsini itirir”, - deyə ekspert qeyd edib.(Azpolitika)

Rüfət


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam