Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 Ruhullah Xomeyni (Hindizadə)(?!)-İngilis casusu Ulyam Riçard Ulyamsonun oğlu kimi (?!) - “Islam inqilabı”(məxfi planlar konreksində)- Mİ6, MKİ, KQB, MOSSADın birgə proyekti

 

Biz Şərqi özbaşına buraxsaq, o zaman həmin əraziləri vəhşilər idarə edəcək.
                                                                                                      U.Çerçill                            

                                       Giriş yerinə


Yenixeber.org: "Tarix bütün zamanlar üçün dəyişilməyən qaydalar çərçivəsində təkrar olunandır", frazasını bu yazı üçün tezis seçmək çox yerinə düşəndir.

Çünki hazırki real dünya, pərdəarxası planlar üçün məhz  bu tektonik, aktiv,qaynar  fazada tünd, həmçinin kəskin siyasi rəng çalararları ilə fokuslaşdırılır, fabrikasiya edilir, ardınca da əyri və kor bucaqların təsiri  
altına düşməyə daha çox məruz qalır. Bu amil, (Yeni Dünya Nizamı konteksində) gələcək  prosesləri işlək mexanizm halına salaraq onu tam nəzarətdə saxlamaq,hadisələrə cəlb ediləcək ölkələri,onların siyasi idarəçilərini pərdəarxası məxfi planlara məcbur etmək taktikasının ən vaciv,ən yadda qalan detallarındandır.

Bu üzdən də  dünyanın ən nəhəng xüsusi xidmət mərkəzlərinin  bu günə kimi  bir çox ölkələrdə  həyata keçirdikləri məxfi planların ən incə ştrix və detalları yayılan məlumatlarda  incələndigcə, bir sıra  qaranlıq mətləblərin üzə çıxdığı arqumentləri də,  böyük maraq doğuran amillərdəndir. Bütün bu amillər,dəfələrlə bölünməyə məruz qalmış hazırki real köhnə dünyanının təzədən bölünməsi üstündə  gedən  nəhəng geosiyasi və geostrategi  savaşın  əlbəttə ki, pərdəarxası görünməyən tərəflərini özündə ehtiva edən ən vacib detalları kimi də qiymətləndiriləndir.

Əlbəttə,pərdəarxasi maraqlar üçün dünyanın idarə olunmasında  gizli məqsəd daşıyan bu vacib detallar, həm də təhlükəlilik əmsalı ilə seçilən və total fəlakətlərə yol açandır.

 Ulyam Riçard Ulyamson: casusluqdan fanatik müsəlmanlığa kimi, yaxud Hacı Abdullah Fəzl  Zübeyrinin sirli  və gizli əbası

Bəlkə də bəziləri üçün bu detalın gözlənilməz olduğu qədər, inandırıcı olmayacağı da başadüşüləndir. Çünki bəzən dünyanın nəhəng informasiya maşınının çarxında fırlanan (fırladılan) feyk xəbər və məlumatların zənginliyi bumunda itən(itirilən) doğrular, bu günün reallığları fonunda pərdəarxası planlar üçün o qədər də faydalı iş əmsalına çevriləcək funksiyası rolunu oynaya  bilmir.  

Ancaq bəzən ən doğruların,-ən sərt döngələtdə üzə çıxdığı da, elə ən doğrulardan hesab ediləndir(!) Düşünürük,təqdim etdiyimiz  bu təhlili yazıda bütün ştirix və detallar,sonrakı gəzişmələrimz üçün getdigcə daha inandırcı və açar rolunu oynamağa da fürsət tapmış olacaq.

Ardınca da, gerçək reallıqlar toplusu olan yaxın və uzaq tarixin qaranlıq dibsizliklərində gizlənmiş(gizlədilmiş) əsl doğruların, daha dərin alt qatdan,daha üst qata( çıxarılaraq) çıxaraq,çəkisinin əqiqindən nə qədər ağır gəldiyinin həqiqəti bu yazıda təsdiqini tapmış olacaqdır.

O zaman  əvvəlcə gələcəkdə ”islam inqilabı “nın lideri olacaq Ruhullah Xomeyninin  gələcək atası-XIX əsrin sonu XX əsrin əvvəllərində ingilis kəşfiyyatının Yaxın və Orta Şərq geosiyasi seqmentində fəaliyyət göstərmiş əsas casus şəbəkəsinin üzvü, Uliyam Riçard Ulyamsonun (kod adı Hacı Abdullah Fəzl Zubeyr) həyatının özəlliklərini özündə əks etdirən bəzi  faktların üzərində dayanaq.

Kəşfiyyat mənbələrinə əsasən, Uliyam Riçard Ulyamsonun (Hacı Abdullah Fəzl Zübeyr) 1872-ci ildə, məhz Böyük Britaniya Birləşmiş Krallığının Bristol şəhərində, iki ingiils cütlüyünün ailəsində dünyaya gəldiyi məlum olur.

Bu fakt, XX əsrin əvvəllərində Anqlo-İran birgə neft korporasiyasında (indiki BP-nin) çalışmış iranlı mütəxəsisin verdiyi dəqiq informasiya ilə də bir daha öz təsdiqini  tapır .

                     İngilis kəşfiyyat  zabiti Erşi Çişolmn  etirafı

Həmçinin, bir zamanlar BP-də siyasi müşaviri  kimi çalışmış və “The Financial Times” qəzetinin keçmiş redaktoru-leytenant, 78 yaşlı  Erşi Çişolm(əlbəttə, Mİ6-nın zabiti), 1979- cu ildə  İrlandiyada  bir ingilis qəzetinə verdiyi müsahibədə  bu faktı bir daha təsdiq edərək,bir az da irəıli getmişdir-belə ki,o müsahibəsində belə bir fraza işlətmişdir :“Mən hacını (sonradan islamı qəbul edərək, Həcc ziyarətində olan Ulyam Riçard Uilyamsonu nəzərdə tutur) yaxşı tanıyıram, o mənim üçün işləyib (Mİ6-nın casusu kimi). O, doğurdan da Xomeyninin atasıdır”...

Beləliklə, 1885-cı ildə Avstraliyaya köçən gələcək casus, Uliyam Riçard Ulyamsonun valideyinləri, yeniyetmə Uliyamı da özləri ilə Avstraliyaya aparırlar. Onun uşaqlıq və yeniyetməlik illəri məhz valideyinlərinin yanında keçir.

Sonralar-1891-ci ildə Ulyam ingilis ordusunun tərkibinə qatılır və o, İrqada  hərbi ximət  keçir. Həmin ərəfələrdə İraqla yanaşı Yəmən də ingilislərin müstəmləkəsi sayılırdı.

Beləcə,az keçmir gələcək casus və gələcək “inqilabçı “nın atası Ulyam, ingilslərin Yaxın və Orta Şərqdəki geosiyasi və geostrateji kəşfiyyat planları məqsədi ilə casusluqa cəlb edilir.

O, casus kimi  Ədəndə (Yəmən) yerli polis qüvvələrinin tərkibində  işə  girir.

Lakin bir müddət sonra, Ləhic şəhərinin hakimi, Sultan Fəzl bin-Əli, Uilyama Ədən polisindən uzaqlaşmağı təklif edir və onunla işləməsinə inandırır.

Sultan Fəzl bin-Əlinin təklifini qəbul edən Ulyam, onunla iş birliyinə razılq verir. 

Daha sonra isə Uilyam, Ləhici və sultan Fəzl bin-Əlni, Küveytdəki Əl-Səbah ailəsinin (Küveyti hazırda da idarə edən Əl-Sabah sülaləsi nəzərdə tutulur) qohumu şeyx Yusef İbrahimin təkidi ilə tərk edir.

Həmin zamanlarda zəngin neft yataqları ilə tanınan Fars körfəzi rayonu, fransızlarla və ingilslərin nəzarətində idi.

            On dörd il bədəvi ərəblər arasında

Bu minvalla Uilyam, Ərəbistan yarmadasında bədəvi ərəb qəbilələri arasında 14 il tacir həyatı yaşayır və varlı ərəblərin etimadını qazanmağı bacarır.

Uliyam, ərəblərin arasında daha rahat və güvəndə ingilis kəşfiyyatının casus planlarını həyata keçirmək üçün, 1893-cü ildə Ədəndə hətta islam dinini belə qəbul edir.

Bu addım, Uliyamın Böyük Britaniyanın bu coğrafiyalarda gələcək iri və uzunmüddətli maraqları üçün ona verilmiş gizli kəşfiyyat tapşırıqları, müsəlman əbasının arxasında daha səlis, daha dəqiq yerinə yetirməsi üçün gözəl təşşəbbüs və fürsəti idi.

     1893-ci ildə Uliyam xüsusi tapşırıqla Bombeyə  göndərilir.

Həmin aralarda isə o, iki dəfə-1895-ci və 1898-ci illərdə Həcc ziyarətində olur.

İslamı qəbul etdiyi üçün Uliyam Riçard Ulyamson ingilis ad və soyadını, Hacı Abdullah Fəzl Zübeyrə dəyişir. Fəzl-dəvətini qəbul etdiyi Yəməndəki Ləhiç şəhərinin hakiminin (Fəzl bin-Əli) Zübeyri isə illərlə birgə yaşadığı ərəb qəbiləsinin adından idi.

                     Xristianlığı İslama dəyişən casus 

Xristinalıq dini inancını İngiltərənin Yaxın və Orta Şərqdəki maraqlarına görə dəyişən (qurban verən) Ulyam Riçard Ulyamson, getdigcə  yerli əhali ilə daha sıx əlaqələr qurmağa çalışır, onların rəğbətini qazanmaq  üçün fanatik müsəlman donuna girərək, bu tip xarakteri daha çox  özündə təlqin etməyə başlayır.

1909-cu ildə Ulyamson, gəmi ticarəti və qiymətli daşların alqı-satqısı adı ilə Küveytə köçür. Elə həmin il təzədən  həcc ziyarətinə gedir.

I Dünya müharibəsi illərində o, Britaniya gizli xidmətinin (SİS) peşəkar məxfi əməkdaşı kimi mühüm kəşfiyyat tapşırıqlarının həyata keçrilməsində fəal iştirak edir.

1919-cu ildə aldiği məxfi tapşırıqları yerinə yetirmək məqsədi ilə hətta İraqın Bəsrə şəhərində vergi məmurunun köməkçisi kimi işə başlayır.

Daha sonralar, Böyük Britaniyanın Şirazda yerləşən (İran) ordusunun siyasi işlər üzrə  komandiri (ordu komandiri Pösi Saykz idi) Arnold Uilson tərəfindən Anqlo-İran (BP) neft şirkətinə həm bələdçi, həm də tərcüməçi kimi işə cəlb edilir.

                        Bələdçi və tərcüməçi casus

Onun bələdçilik və tərcüməçilik adı ilə fəaliyyəti ən çox İranın Xuzistan əyalətinə təsadüf edir. 

1924-cü ildən başlayaraq Uliyam Riçard Ulyamson, o zamanlar Anqlo-İran müştərək neft şirkərində (indiki BP) siyasi müşavir kimi çalışır.

1932- ci ildə isə o, Əbu-Dabidə ingilis neft korporasiyasına yataqlar üzərində yeganə istismarçılıq hüququnu verən və alınan məhsulun şirkətlə yerli ərəb mülkiyyətçiləri arasında bərabər bölünməsi haqqında müqavilənin imzalanmasına nail olur.

Adıgedən müqavilənin imzalanması, Ulyam Riçard Ulyamsonun həm “müsəlman” olması faktoru, həm də ərəb coğrafiyasındakı varlı qəbilələr arasındakı qazandığı nüfuzun nəticəsində baş tutur.

1934-cü ildə Küveytlə imzalanan neft müqaviləsində o, Anqlo-İran (BP) şirkətinin təmsilçisi kimi iştirak edir.


Müqavilənin imzalanmasında göstərdiyi səylərə görə, Ulyam Riçard Ulyamson şirkətin Küveytdəki nümayəndəsi seçilir.

Həmçinin, bundan sonra Erşi Çişolmun (ingilis kəşfiyyatının zabiti) rəhbərliyi altında neft korparasiyasında əsas köməkçi və tərcüməçi kimi işləyir.

1934-cü ilin yayında kəşfiyyat tapşırığı ilə İrana ezam olunan Ulyam Riçard Ulyamson, İranın Abadan, daha sonra Buşəhr şəhərlərində məskunlaşır.

             Arzuolunmayan qonaq və ya Rza  xan Pəhləvinin persona-non-qrata elan etdiyi  Hacı Ulyam 


Az  keçmir onun İranda şübhəli fəaliyyəti aşkara çıxır və Rza xan Pəhləvi (Məhəmməd Rza Pəhləvinin atası) tərəfindən anti-iran siyasi baxışlarına görə ölkədən qovulur.

 

İranda rejim tərəfindən persona-non-qrata elan edilərək çıxarıldıqdan sonra, Ulyam Riçard Ulyamson Bəsrəyə üz tutur və burada Abdulla Fəzl Zübeyri adı altında 2 il yaşayır.

1937-ci ildə  isə onun  casus fəaliyyəti başa çatır və təqaüdə çıxır.

Ulyam Riçard Ulyamsonun həmçinin Hindistanda, Kəşmirdə də Britaniya hökümətinin xeyrinə casusluq fəaliyyətini əks etdirən onlarla dəlillər var .

Belə ki, Kəşmir və Bombeydə casus kimi çalışdığı zamanlarda, o müxtəlif hind və müsəlman (həm sünni, həm şiə) qadınları ilə ailə həyatı qurmağa da imkan tapır.

Həmin evliliklərdən yeddisi oğlan, altısı da qız olmaqla 13 uşağı  dünyaya gəlir. Maraqlıdır ki, uşaqlardan yalnız dördü sağ qalır.

Həmin sağ qalanlar da, Kəşmirdə evləndiyi bir hindli müsəlman qadınından olan oğlan uşaqları idi.

Bu da maraqlı və diqqətçəkən faktlardandır ki, 1940-cı illərin sonunda Uliyam Riçard Ulyamsonla Bəsrədəki evində görüşən ingilis yazıçısı və jurnalisti Stenton Houp özünün ” Ərəb macəraçısı: və yaxud Hacı Ulyamsonun hekayəsi“ adlı avtobioqrafik kitabında onun həyatı haqqında olduqca əhatəli məlumat vermişdir.

    Ruhullah Hindizadə: casus oğlu casus, yaxud xüsusi xidmət mətbəxlərinin “Xomeyni   menyusu”

1902-ci ilin 22, ya da 24 (ay tarixində fərqlilik var ) sentyabrında Pəncabda, Cələndar məntəqəsində Hacı Abdulla Fəzl Zübeyri (Uilyam Riçard Uilyamson) ilə Kəşmirli bir hindli qadının evliliyindən Ruhullah adlı bir oğlan uşağı doğulıur.

Hacı Abdullanın 13 uşağından sağ qalan 4 uşaq məhz  bu qadınla olan evliliydən doğulan uşaqlar  idi.

Bu hadisəni saxtalaşdırmağa cəhd edənlər, Xomeyninin İran əsilli hindistanlı kişi ilə Kəşmirli müsəlman qadının evliliyindən doğulduğunu iddia edirlər.

Ancaq  belə insanın mövcudluğu əslində saxta iddiaların məcmusundan  başqa  bir işə yarayan deyildir.

Saxtalaşdırma üçün səbəb, Uilyam Riçard Uilyamsonun Ərəbistan və İranda  Hacı Abdulla Fəzl Zübeyri adından daha çox istifadə etməsi, bu adla daha çox  tanınması olumuşdur.

            Yüz illərə hesablanmış xüsusi xidmət maraqları və  yaxud ingilis  casus atanın fanatik müsəlmanlığından, ayətullah oğulun gizli məxfi kod adına kimi

Uliyam Riçard Ulyamson Böyük Britaniyanın Yaxın və Orta Şərqdəki gələcək planlarını  xüsusi xidmət şəklində daha da möhkəmləndirmək missiyasının daşıyıcısı kimi, “fanatik müsəlman” obrazını, uşaqlarına da təlqin etməyə çox səy göstərirdi.

Bu üzdən də o, bütün oğlanlarına müsəlman adlarını verir və onların hər birinə dini təhsil almalarını israrla təkid edirdi.

Bu məqsədlə oğlanlarının hamısını Nəcəfdəki Ali Dini Ruhani məktəbə, ayətullah Yəzdi və ayətullah Şirazinin rəhbərliyi altında təhsil almağa göndərmişdi.

Oğlanlarından Hindizadə və Pəsəndizadə yaxşı dini təhsil aldılar. Onların hər ikisi sonralar ayətullah ali dini dərəcəsi də almağa müvəffəq oldu.  

Ulyamsonun Ruhullah (Xomeyni) adlı üçüncü oğlu isə çox çətin uşaq  olduğundan, Nəcəfdəki dini məktəbdə imtahandan kəsilir və o, Qumda  ayətullah Burucerdinin rəhbərliyi altında  təhsil almağa göndərilir.

                          Xomeyindən Xomeyniyə kimi

Həmin ərəfələrdə Rza şahın əmri ilə soy ad qanunu tətbiq olunur və Ruhullah, yaşadığı Xomeyn qəsəbəsinin adını özünə soyad kimi  götürür. 

Ulyamsonun dördüncü oğlu Əli isə teologiyaya nifrət etdiyindən Bəsrəni tərk  edir və  körfəz vasitəsilə Küveytə yollanır.

O, Küveytdə  atasının  soyadı ilə Hacı Əli Uilyamson kimi iki  yanacaqdoldurma məntəqəsi açır və petrol biznesi ilə məşğul olmağa başlayır.

Ona bu biznes fəaliyyəti ilə məşğul olmasında atasının Küveytdəki böyük nüfuz qazanmasının təsiri olur.

Ulyam Riçard Ulyamson İrandan qovulan zaman Bəsərəyə, ordan da Küveytə  üz tutur və  oğlu Əlini burada axtarıb tapır.

Beləcə ata və oğul Küveytdə müştərək neft biznesini həyata keçirirlər. 

İngiltərənin xüsusi təqaüdünü alan Qum Hövzəsindəki Ali Dini Ruhani Məktəbinin tələbəsi Ruhullah Xomeyni (Hindizadə) Böyük Britaniya  iri və uzun müddətli tarixi geosiyasi, həmçinin geostrateji maraqlarını həyata keçirmək üçün, həmin konsepsiyanı əsas götürərək gələcəkdə təsir və nüfuz dairələrində görmək istədikləri regionların əhalisi arasından özlərinin gələcək casuslarını əvvəlcədən seçir, onları daim nəzarətdə saxlayır, tamam-kamal yetişdirilməsinə iri vəsaitlər ayırır, sonunda ən mükəmməl formada xüsusi xidmət şəklinə salır.

Daha sonra Uniston Çörçil demişkən, ”İngiltərənin əbədi və tarixi maraqları”nı casusluğa cəlb etdikləri yerli emissarlar vasitəsi ilə məxfi planlar şəklində rahat, səhvsiz, sakit, mükəmməl reallşdırırlar.

Bir frazanı da qeyd etmək yerinə düşəndir ki, ingilislər hər zaman onların gələcək xüsusi məxfi xidmət maraqlarına cavab verən gələcək yerli emissarlarını, ingilisdilli bağça və  məktəblər açmaqla, onları bu məktəblərdə yetişditməyin ən mükəmməl qaydasını çox gözəl düşünə biliblər.

(Bu gün Azərbaycanda da ingilisdilli məktəb və uşaq bağçalarının fəaliyyəti diqqətçəkən, düşündürücü amillərdəndir(!)) 

Xomeyninin İngiltərənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi, onun Qumda təhsil aldığı illərə təsadüf edir. Onun həmin  zaman İngiltərə dövlətinin xüsusi təqaüdünü alması faktı da bunu təsdiq edən detallardandır.

Bu faktı Mİ6-nın istefada olan polkovniki Con Koleman da “Əslində 1979-da İranda nə baş verib” kitabında   xüsusi  qeyd  etmişdir.

             Casus atanın intiqmçı və inqilabçı oğlu və yaxud Pəhləvi sülaləsindən alınacaq intiqamın yetişən fürsəti 


1960-cı illərin əvvəllərində  pərdəarxası planlarda “İran məsələsi“ getdigcə qaynar frazaya keçir və gündəm qazanmağa başlayır.

Çünki İranda Qacarlar xanədanının hakimiyyətinə son qoyan ingilislər, sonradan Pəhləvi sülaləsini hakimiyyətə gətirdikləri zaman Pəhləvilərin gələcək siyasi oyunlar üçün götürdükləri öhdəliklərin qarşılğında, bəzən həddindən artıq “qırmızı xətti“ keçməyə əndişələnən siyasətləri, sonradan onların oyun qaydalarını pozmağa cəhd kimi qiymətləndirilir.

Pəhləvilərin bu siyasi addımı, mənfi jest kimi pərdəarxası gizli planlarla üst-üstə düşməyən detallardan hesab edilir və regionda oyun qaydalarının bir daha dəyişdirilməsinə gətirib çıxaran fraza kimi kodlaşdırılır.
 
Beləcə,pərdəarxası məxfi planlar üçün arzuolunmayan bu tip siyasi jest, gələcək oyunların təhlükəlilik əmsalını artırmaq kimi proqnozlaşdırılır və Pəhləvi hakimiyyətinə qarşı protestoların başladılaması üçün düymənin basılması zamanının çatması anonsunu verir.

        ABŞ-Böyük Britaniya və İsrail triumfu: İran məsələsi konteksində


Bu minvalla da, ABŞ-Böyük Britaniya və İsrail triumfu işə düşür. Onlar Xomeyni  projesini yavaş-yavaş işə salır və bu proekt getdigcə işlək mexanizm rolunu oynmağa başlayır.

Xomeyni həm atasının qisasını almaq, həm də pərdəarxası məxfi planları həyata keçirmək üçün, ona verilmiş xüsusi xidmət fürsətini gerçəkləşdirməyə qalxır.

Onun Pəhləvi rejiminə qarşı ilk həmləsi məscidlərdəki nüfuzundan istifadə edərək anti-şah, anti-rejim təbliğatı ilə vüsət götürməyə başlayır.
 
1962-cı ildə Pəhləvi hakimiyyəti  ölkədə milliləşdirmə siyasəti həyata keçirir və din xadimlərinin himayəsində olan iri torpaq sahələrinin də milliləşdiriməsini nəzərdə tutulan qanun qəbul edilir.

Xomeyni və onun tərəfdarları şahın bu qanununa qarşı çıxır. Bu etirazlara görə Xomeyni ölkədə iğtişaşlara cəhd və dövlətin qanunlarına qarşı çıxdığı üçün bir müddət həbs edilir. 
1963-cü ildə isə Xomeyni və tərəfdarları şahın müasirləşmə ilə bağlı planına qarşı  növbəti dəfə  etiraz edir. Bu etiraz dalğasının nəticəsində Xomeyni  gələcək xüsusi məxfi  planlar üçün hərəkat lideri kimi qəbul edilir.

               İngilis xüsusi xidmətinin “lider Xomeyni“ planı işə düşür 

Qərbin xüsusi xidmətlərinin İranda şah rejiminə qarşı başlatdıqları proseslərin fonunda, ”lider  Xomeyni” planı getdigcə daha aktiv, isti fazaya keçir və işlək mexanizm halına gətirilir.

Pəhləvi hakimiyyətinə qarşı xalq arasında anti-əhvali-ruhiyyə yaratmaq taktikası, cəmiyyətin bütün baxışları, məhz Xomeyninin lider obrazında cəmləşdirilir. Get-gedə xüsusi xidmət mətbəxinin menyusundakı ”rahat-lukum Xomeyni“si İran insanına həzm etdirilir, ardınca Xomeyni  lap fetişləşdirilir, İran xalqının xilaskarı, Pəhləvilərin buxovlarından qurtulmağın yeganə səbəbkarının Xomeyninin olduğu təbliğat maşını öz işini görməyə başlayır.

Onun  guya Qum kimi mötəbər və müqəddəs şəhərdə doğulması, nüfuzlu din mərkəzində məşhur din xadimlərindən, ayətullahlardan dərs aldığı, elmli, bilikli kimi xalqa təqdim olunması, əlbəttə ki, öz effektini verməyə bilməzdi.

Həmin dövrdə  həm də İran insanın düşüncəsinə belə bir dini, mistik  fikir yeridiilmişdi: “Qumdan bir insan çıxacaq  və o, xalqı ən doğru yola istiqamətləndirəcək. Xalq həmin insana inanacaq, onun arxasınca gedəcək. Bütün bunlar yalnız Allahın iradəsiylə baş verəcək”.

Artıq qərb siyasi dairələrinin İran planı gündəmdə idi. Düymə basılmışdı. Bütün tərəfləri ilə bu planın baş tutması və Pəhləvilərin İranda hakimiyyətinə son qoyulması məsələsi maraqlı dövlətlər və pərdəarxası maraq sahibləri ilə razılaşdırlmışdı. Bu üzdən də xüsusi xidmət və kəşfiyyat maşını tam gücü ilə öz işini görür, plana uyğun hərəkət edirdi.

Xüsusi xidmət mərkəzlərinin təlimat və gizli tapşırıqları, Xomeyni və onun tərəfdarları vasitəsi ilə tam plana uyğun icra edilirdi.

Beləliklə, İrandakı rejim Xomeyninin artan nüfuzunu görür və onun ətrafında etrizaçı və narazı kütlələrin toplanması faktorunu nəzarətdə saxlamağa səy göstərsə də, bu proses rejimi narahat etməyə bilməzdi.

Bir tərəfdən də Pəhləvilərin qərb siyasi dairələri ilə getdigcə soyuyan münasibətləri vəziyyəti lap kritik məcraya dartırdı.

Hakimiyyət  hər vəchlə  artan Xomeyni  hərəkatının daha böyük seqmentdə cərəyan etməməsi məqsədi ilə planlar düşünr, bu dalğanı bacardıqca zəiflətməyə çalışrdı.

Ancaq Xomeyniyə qarşı atılan anti addımlar, onun rejimi laxladacaq, silkələyəcək ən sonda dağıdacaq sütunlarını qoruyub saxlamaq planları, əksinə daha güclü dalğalar üçün təkan verirdi. 

Çünki  qərbin İranda həyata keçirəcəyi planların əsas dağıdıcı dalğası məhz Xomeyni hərakatı ilə müəyyənləşdirilirdi.

Belə görünürdü ki, Xomeyni planı ilə qərb, İranda tam fərqli bir idarəçilik modeli fikirləşmişdi; əsrlərlə hökm sürən köhnə, sxolastik, sülalə, monarxiya üsuli-idarəsi bu dəfə dini, teokratik modellə əvəzlənəcəkdi. Bu model gələcəkdə İranı daha rahat idarə etmək və xalq kütlələri üzərində tam nəzarəti yerinə yetirmək üçün ən əlverişli proekt idi.

              Xomeyni Pəhləvilərin zindanında və yaxud ayətullahlar Şəriətmədari, Gülpəyəqaninin, həmçinin Böyük Britaniyanın İrandakı  fövqəladə və səlahiyyətli  səfirinin  Xomeynini “xilasetmə “ planı

1964-də Xomeyni  növbəti dəfə yenidən daha sərt ittihamlarla həbs olunur.

Bu dəfə onu şaha qarşı nümayişləri gücləndirməkdə, təxribat, dövlət çevrilişinə cəhddə günahlandırırlar.

Artıq bu, Pəhləvi hakimiyyətinin Xomeyniyə qarşı ən sərt,ən kritik, ən son qərarı idi.  
Onu ölüm hökmü  gözləyirdi.

Pəhləvilərin bu addımı, Xomeynini cismani zərərsizləşdirmək, bu hərakatı məhv etmək, hakimiyyətə qarşı təhlükəni aradan qaldırmaq məqsədi daşıyırdı .

Ancaq bu dəfə də hakimiyyətin Xomeyni ilə bağlı planı baş tutmur-İranın ən nüfuzlu din xadimləri ayətullah Şəriətmədari və ayətullah Gülpəyəqani, onu bu cəzadan xilas etmək üçün tələm-tələsik Xomeyniyə layiq olmadığı ayətullah titulu verirlər. İranda isə ayətullah dərəcəsi olan din xadimləri toxunulmaz sayılır.

Burada bir məslə də diqqətçəkəndir ki, Xomeyniyə bu dini dərəcənin verilməsində Böyük Britaniyanın o zamanlar İrandakı fövqəladə və səlahiyyətli səfirinin də böyük rolu olur.

Əlbəttə ki, qərb İranda həyata keçirəcəyi məxfi planlar üçün Xomeyni və onun başlatdığı hərakatı axıra kimi müdafiə etməli, daha da gücləndirməli, növbəti proseslər üçün lazımi dəstəyini verməli idi.

Səfirin İran ayətullahları ilə əl-ələ verərək Xomeynini Pəhləvilərin canyağından xilas etməsi məhz də bu qəbildəndir.

Burada bir detalı açmaq lap yerinə düşəndir; belə ki, həmin ətəfələrdə Xomeyninin həbsi İranda bir çox geniş miqyaslı etitaz dalğasının baş qaldırması və onun tərəfdarlarının rejimlə  toqquşmalırı ilə də yadda qalır. 

Kəşfiyyat məlumatlarından məlum olur ki, bu etiraz və toqquşmaların arxasında həm də sovet xüsusi xidmət orqanlarının bir başa kurasiyasında olan alman (ADR) məxfi xidməti dayanırdı .

Xomeyninin müdafiəsi üçün İrandaki bütün etiraz və nümayişləri isə alman kəşfiyyatı ilə məxfi əməkdaşlıq edən Seyid Əbolqasim Kaçani və onun tərəfdarları həyata keçirirdi.

Həmçinin nümayişləri alman xüsusi xidmət mərkəzi, Seyid Əbolqasim Kaçaninin vasitəsi ilə maliyyələşdirirdi.

Belə çıxır ki, həmin dönəmlərdə İrandakı hadisələrin baş verməsində təkcə Qərb ölkələri deyil, həm də şərq koalisiyasında qərbə qarşı birlşən SSRİ və Şərqi Avropanın bəzi ölkələri maraqlı idi. 

Çünki Şərq-Qərb paralellərinin geosiyasi və geostrateji müstəvisi üzərində həm ən əlverişli coğrafi mövqeyi, həm də zəngin enerji resursaları ilə tanıan ölkələr uğrunda bütün zamanlarda gizli, açıq savaşın getdiyi məlumdur.

İran da dünyanın həm ən əlverişli marşurut xəttini özündə ehtiva edən,həm də zəngin neft,qaz yaraqları ilə zəngin ölkə olduğu üçün, tarixin müxtəlif dönəmlərində böyük dövlətlərin diqqət mərkəzində olmuşdur.

Bu üzdən də İranın hər zaman geosiyasi və gestrateji savaş meydanı olması başa düşülən faktorlar silsiləsindəndir.  

Maraqlı dövlətlərin Iranda vurnuxan və xüsusi xidmət məqsədlərini həyata keçirən kəşfiyyat orqanlarının belə canfəşanlığı, yalnız öz ölkələrinin xeyrinə apardığı işlərin görünən və görünməyən tərəflərinin tərkib hissəsi kimi də ağlabatandır.

İranda nüfuz və  təsir imkanları qazanmaq, əlbəttə ki adıgedən maraqlı dövlətlərin hər zaman prioritet məxfi planlarından olmuş, bu gün də həmin planlar yetərli qədər aktiv, qaynar fazada  keçərlidir.

Beləcə həmin tarixi ərəfələrdə qərb kəşfiyyat orqanları ilə yanaşı, sovet əks-kəşfiyyat orqanları da İranda müntəzəm,təxirə salınmaz, çevik məxfi planlar həyata keçirməklə məşğul idilər.

Ancaq qərb siyasi dairələrinin daha aktiv və  daha geniş, əhatəli  xüsusi xidmət manevrləri, bəzən sovet kəşfiyyat orqanlarını qabaqlayır, onların İrandakı hərəkat fəaliyyətini məhdudlaşdırmağa  səy göstərirdilər.

 Əlbəttə, bunnun da dərin  tarixi kökləri var idi. 

 Qərbin ruslardan öncə Yaxın və Orta Şərqdə tutuqları mövqe, regiondakı əhali arasındakı qazandıqları nüfuz və təsir imkanlarının seqmenti  əhatə dairəsinə görə geniş, daha prespektivli olduğu üçün onlar daha çox bu seqmentdə rahat, təhlükəsiz manevr etməyi bacarırdılar.

Bu minvalla da,həmin zamanlarda İran hadisələrinə tam nəzarəti ələ almaq üçün qərbin gördüyü işlər,sovet xüsusi xidmət  orqanlarının apardığı təbliğatdan daha güclü və əhatəli idi.

Bu, Polşadakı sovet əks- kəşfiyyatının  casusu Maykl Qolunlevskinin verdiyi açıqlamda da özünü büruzə vermişdir; o açıqlamasında deyirdi ki, MKİ  İranda sovet xüsusi xidmət orqanlarının fəlaiyyətini zəiflətmək və minimuma endirmək üçün o zaman İranda xeyli sayda kommunist agenti  ifşa eyməyə müvvəfəq olmuşdu. İrandkı  bu planların baş tutması istiqamətində gördüyü  uğurlu  işlərə görə, Dövlət Departamenti  hətta MKİ-ni  mükaftlandırmışdı. 

Həmçinin,ABŞ Dövlət Departamenrində  hazırlanan bir hesabatda “Xomeyninin Şiə ierarxiyasının ürəyində Moskvanın 5 kəşfiyyat mənbəyindən biri olduğu aşkara çıxdı” tezisi ,o zamanlar İranda kəşfiyyat orqanlarının bir- birinə qarşı çox məharətlə konturlar cızdığı arqumentinə  olduqca tutarlı faktlardandır. 

                     Şahın “Ağ inqilab“ islahatı və ya İsrail İranın müttəfiqi rolunda

XX əsrin 60-cı illərində  İranda Pəhləvilərin “Ağ inqilab” adlı islahatlarına qədər İsrail, İranın  ən yaxın ən ”doğma“ müttəfiqlərindən idi.

Hətta, iki ölkə arasında siysi, iqtisadi, diplomatik münasibətlər olduqca isti, yaxın fazada müəyyənləşdiyindən, dinamik xəttlə inkişaf etdiyindən, MOSSAD belə İranının kəşfiyyat xidməti-SAVAK-ı bazasının əsasında yenidən qurmağa təşəbbüs göstərir, SAVAK-ın əməkdaşları MOSSADın  bazasında müntəzəm təlimlər keçir, bu məxfi xidməti mükəmməl struktura çevrilmək üçün böyük rol oynayırdı.

MOSSADın Xomeynini sui-qəsddən xilas etdiyi faktı da ciddi arqumentlərdən hesab ediləndir.

Beləki, o zaman İsrailin Tehrandakı səfirliyinin hərbi attaşesi Yijak Seqevin, Xomeyniyə qarşı təşkil edilən sui-qəsd planından MOSSADın İrandakı agentlərini məlumatlandırması, həmin sui-qəsdin baş tutmasının qarışısını alınımışdı.

Ancaq  Pəhləvi hakimiyyətinin daha azad, daha suveren, daha müstəqil siyasət yürtməyə addım atması, qərb ölkələrinin asılılğndan qaçmağa meyil etməsi, həm qərb ölkələrini, həm də paralel olaraq İarailin də İranla münasibətlərdə korrektə və redaktə etmələrinə, siyasi kursunun dəyişməsinə gətirib çıxardı.

Üstəlik, qərblə İranın münasibətlərinin soyuq məcraya dartılması, qərbə Xomeyni və onun dini müxalif hərakatından Pəhləvilərə qarşı daha güclü təzyiq vasitəsi kimi istaifadə etməsinə yeni fürsət vermiş oldu.


MKİ və Xomeyni: yaxud “Şahı ölü  siçovul kimi  bir kənara atan“ qərb, ardınca, ABŞ-ın İrandakı səfirliyində ”Xomeyni dosyesi “

1979-cu ildə da İranda”islam inqilabı “ baş verdiyi zaman ABŞ-ın Tehrandakı səfirliyinə  hücumu təşkil etməkdə və  MKİ ilə məxfi əməkdaşlıqda günahlandırılan Abbas Əmir İntizamı dindirilərkən, ona bu tapşırığı Xomeyni tərəfindən verildiyini demişdi.

Hətta, iğtişaşlar zamanı hücuma və dağıntılara məruz qalan səfirlik binasından, Xomeyninin MKİ ilə əlaqələrini təsdiq edən sənədlərin aşkar edilməsi və anında məhv edilməsi faktı da yadda qalan vacib detallardandır.

1979- cu ildə şah rejiminin yüksək çinli hərbiçiləri üçün qurulan məhkəmədə, Şahın Hava Qüvvətləri Komandanı Əmir Hüseyn Rabii ABŞ-ın və Qərbin Şaha xəyanətini belə ifadə etmişdi: “Şahı bir siçan kimi kənara atmışlar”.

Elşad M.Turan, (Xüsusi olaraq Yenixeber.org üçün)

(Davamı olacaq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam