Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ay Əliyev-Paşinyan görüşü olmayacaq -RƏSMİ

 

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan vaxt məhdudiyyətinə görə ayın sonunda Brüsseldə görüşməyəcək.

Yenixeber.org  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar APRI forumuna videomüraciəti zamanı deyib.

Xatırladaq ki, rəsmi Bakı İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ liderlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan beştərəfli görüşdən Parisin mövqeyi və Türkiyə tərəfinin də qatılmasına razılıq verilməməsi səbəbindən imtina edildiyini açıqlamışdı. 

Bundan sonra Belçikanın paytaxtı Brüssel şəhərində ənənəvi formata uyğun olaraq ay ərzində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam