Fransa Ermənistana silah satacaq -RƏSMİ AÇIQLAMA
Ermənistan Fransadan silah alır.
Yenixeber.org: Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu “Le Parisien” nəşrinə müsahibəsində bildirib.
“Bazar günü biz Ermənistanın fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”, - deyə nazir bildirib.
O qeyd edib ki, söhbət xüsusilə Ermənistanın hava məkanını qoruyacaq müqavilənin imzalanmasından gedir.