HƏMAS 120-dən çox mülki şəxs əsir götürüb -RƏSMİ AÇIQLAMA
Qəzzadakı radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən 120-dən çox israilli mülki şəxs əsir götürülüb.
Yenixeber.org: Bu barədə İsrail Müdafiə Ordusu X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“İsrail Müdafiə Ordusu təsdiq edir ki, 120-dən çox mülki şəxs Qəzzada HƏMAS terror təşkilatının əsirliyindədir”, - paylaşımda deyilir.