Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Araik bu cür ələ keçirilib:Əməliyyatın detalları...

44 günlük müharibədə Gəncə və digər şəhərlərə raketlərin atılması və mülki insanların qətlə yetirilməsi əmrini verən separatçı Araik Arutyunyanın Qarabağada harada ələ keçirildiyinə dair yeni məlumatlar yayılıb.

Yenixeber.org: Erməni jurnalist Tatul Akopyan Arutyunyanın Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən konyak zavodunda həbs edildiyini iddia edir.

“Mən Arkadi Qukasyan və Bako Saakyanın necə həbs edildiyi ilə bağlı məlumatlar yaymışdım. David İşxanyan da onların yanında olub. Daha bir detalı qeyd etmək istəyirəm. Qukasyan, Saakyan və İxşanyan Rusiya sülhməramlılarının qərargahını tərk edərək, keçmiş (qondarma-red) “daxili işlər naziri” Karen Sarkisyanın Xankəndidəki evinə gediblər.

Azərbaycan DTX-si da onları məhz orada ələ keçirib. Araik Arutyunyan isə Xankəndidə səhmdarlarından biri olduğu konyak zavodunda həbs olunub. Əldə etdiyimiz məlumata görə, Araik konyak zavodunda gizlənirmiş. Azərbaycan DTX-sinin xüsusi təyinatlı qrupu Tumanyan (ermənilərin Xankəndi küçələrindən birinə bu adı vermişdi) küçəsində yerləşən zavodda əməliyyat keçirərək, onu həbs ediblər, daha sonra Bakıya aparıblar”, - erməni jurnalist bildirir.(publika)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam