İsrail ordusu qaçqınların yolunu bağladı -"Rəfah" keçidi bombalndı

Qəzza zolağı ilə Misir arasındakı «Rəfah» keçidi yenidən İsrailin atəşinə məruz qalıb.
Yenixeber.org: Məlumata görə, bununla da İsrail ordusu sahil anklavından yeganə quru çıxışını bağlayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusunun nümayəndəsi Riçard Hext Qəzzadan Misirə olan «Rəfah» keçidini açıq saxladıqlarını bildirmiş, Qəzzada olan mülki əhalinin Misirə keçməsi üçün şərait yaradacaqlarını demişdi.
“Rəfah keçidi hələ də açıqdır. Kim çölə çıxa bilirsə, mən onlara çölə çıxmağı məsləhət görərdim”, – podpolkovnik Riçard Hext xarici jurnalistlərə zəngində deyib.(«Washington Post)