Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putindən ŞOK AÇIQLAMA:biz Azərbaycanla razılaşdıq ki,...

Rusiya sülhməramlılarının Qarabağdakı hüquqi statusu yalnız 2020-ci ilin noyabrında verilən bəyanata əsaslanıb. Heç bir sülhməramlı statusu yaranmayıb.

Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı deyib.

“Məlum hadisələrdən və SSRİ-nin dağılmasından sonra biz bilirik ki, etnik münaqişə yaranıb, ermənilərlə azərbaycanlılar arasında toqquşmalar başlayıb, Sumqayıtda başlayıb, sonra Qarabağa yayılıb. Bu ona gətirib çıxardı ki, Qarabağ yox, Ermənistan Qarabağı və ona bitişik yeddi rayonu nəzarətə götürdü... Azərbaycanın yeddi rayonunu. Bu, məncə, Azərbaycan ərazisinin az qala 20 faizini təşkil edir.

Bütün bunlar uzun onilliklər ərzində davam etdi. Deməliyəm və burada heç bir sirr açmayacağam, son 15 ildə biz erməni dostlarımıza dəfələrlə güzəştə getməyi - Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarmağı, ikisini özünə saxlamağı və bununla da Ermənistanla Qarabağ arasında ərazi əlaqəsini qoruyub saxlamağı təklif etmişik. Amma qarabağlı dostlarımız vaxtaşırı bizə deyirdilər: “Yox, bu, bizim üçün müəyyən təhlükələr yaradacaq”.

Biz də öz növbəmizdə onlara deyirdik ki, Azərbaycan böyüyür, iqtisadiyyatı inkişaf edir, bu, neft-qaz hasil edən ölkədir, orda əhali 10 milyondan çoxdur, gəlin, potensialları müqayisə edək... Nə qədər ki, bu imkan var, kompromis tapmaq lazımdır. Deyirdik, biz öz tərəfimizdən bu qərarı BMT Təhlükəsizlik Şurası çərçivəsində həyata keçirəcəyik, Ermənistanla Qarabağ arasında təbii olaraq yaranan Laçın dəhlizinin təhlükəsizliyinə təminat verəcəyik və bu ərazidə yaşayan ermənilərin təhlükəsizliyinə təminat verəcəyik. Amma yox, bizə dedilər: “Yox, biz bununla razılaşa bilmərik”. Bəs siz nə edəcəksiniz? “Döyüşəcəyik”.

Nəhayət, məsələ 2020-ci ildə silahlı toqquşmalara gətirib çıxardı. Onda mən bunu dostlarımıza, həmkarlarımıza təklif etdim. Yeri gəlmişkən, Prezident Əliyev yəqin ki, (bunu dediyim üçün) məndən inciməyəcək, amma hansısa məqamda Azərbaycan qoşunlarının dayanacağına dair razılıq əldə olunub. Düzünü desəm, məsələnin həll olunduğunu düşünürdüm. İrəvana zəng vurdum və birdən eşitdim: “Yox, Azərbaycan qoşunları Qarabağdakı çatdığı o əhəmiyyətsiz yerlərdən geri çəkilsinlər”..

Mən dedim, yaxşı, siz nə edəcəksiniz? Yenə eyni fraza: “Döyüşəcəyik”...

Yaxşı, qulaq as, bir neçə gündən sonra onlar sizin güclü istehkamlarınızın olduğu Ağdam rayonunun arxasına keçəcəklər və hər şey bitəcək, başa düşürsünüz? “Bəli!” Onda nə edəcəksiniz? “Vuruşacağıq”. Yaxşı, olsun!

Beləliklə, hər şey olmalı olduğu kimi baş verdi. Və sonda biz Azərbaycanla razılaşdıq ki, Şuşa xəttinə və Şuşanın özünə çatdıqdan sonra hərbi əməliyyatlar dayandırılacaq. 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılması və sülhməramlılarımızın yerləşdirilməsi ilə bağlı müvafiq bəyanat imzalandı. Və burada növbəti çox vacib məqam var - sülhməramlılarımızın hüquqi statusu yalnız bu bəyanata əsaslanırdı. Heç bir sülhməramlı statusu yaranmayıb. Səbəbini deməyəcəyəm. Azərbaycan hesab edirdi ki, bu lazım deyil, Azərbaycansız da buna imza atmaq mənasızdır. Ona görə də bir daha deyirəm, sülhməramlıların bütün statusu yalnız bu bəyanata əsaslanırdı. Sülhməramlıların hüquqları isə yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarətdən ibarət idi. Vəssalam. Orada sülhməramlıların başqa hüquqları yox idi. Bu qeyri-müəyyən vəziyyət bir müddət davam etdi”, - o qeyd edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam