Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

SAAKYAN, QUKASYAN və İŞXANYAN BARƏSİNDƏ QƏRAR VERİLDİ - 4 aylıq həbs

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib.

Yenixeber.org: Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər 3 şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam