Erməni bloger və icmalçıdan silah tapıldı
İstintaq Görus şəhərində saxlanılan rusiyapərəst erməni bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyanın işi üzrə avtomat, döyüş güllələri, qumbara və digər silahlar ələ keçirib.
Yenixeber.org: Bu barədə Ermənitan İstintaq Komitəsi məlumat yayıb.
“İbtidai istintaq zamanı mənzillərə və nəqliyyat vasitələrinə baxış keçirilib, nəticədə oradan AK markalı avtomat, döyüş sursatı, qumbaralar, qumbaraatanlar, tapançalar, süngü bıçaqları, müxtəlif növ hərbi əmlak, çətənə kolları aşkar edilib”, - məlumatda qeyd olunub.