Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Zelenski Blinkeni qəbul etdi:Ukraynaya yardımı müzakirə edib

ABŞ-nin dövlət katibi Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində Prezident Volodimir Zelenski ilə görüşüb.

Yenixeber.org: Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, Ukraynanı ağır qış gözləyir, lakin o əmindir ki, ukraynalılar bu sınaqdan keçə biləcəklər.

Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Amerikanın Ukraynaya dəstəyini təsdiqləmək, o cümlədən ölkəsinin səylərini maksimuma qaldırdığını bildirmək üçün Kiyevə səfər etməsini istəyib.

Diplomat vurğulayıb ki, ABŞ Ukraynanın əks-hücumunda böyük irəliləyiş görür. Dövlət katibi həmçinin deyib ki, Bayden ukraynalı həmkarı ilə görüşəcəyini gözləyir.

Xatırladaq ki, sentyabrın 6-da ABŞ-nin dövlət katibi Entoni Blinken Kiyevə işgüzar səfərə gəlib. Amerikalı diplomatın sözlərinə görə, səfərin məqsədi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatında irəliləyiş fonunda Ukraynaya sarsılmaz dəstəyi nümayiş etdirməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam