Ukraynanın itkilərinin SON STATİSTİKASI
Rusiya müharibənin 558-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 467 təyyarəsi, 248 helikopteri, 6376 PUA-sı, 435 zenit-raket kompleksi, 11 643 tank və digər zirehli texnikası, 1147 reaktiv yaylım atəş sistemi, 6214 artilleriya və minaatanı, 12 694 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.