Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyədə xəbərdarlıq elan edildi -SƏBƏB

Türkiyədə güclü yağışlarla əlaqədar XƏBƏRDARLIQ

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.

Yenixeber.org: Güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Belə ki, ötən gecədən başlayan leysan bu gün də davam edir. Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb. 

Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.

Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.(“TRT”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam