Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Rusiya müharibənin 500 günündə heç nəyə nail ola bilmədi - HESABAT

Rusiya Ukrayna ilə müharibəyə hər gün nə qədər pul xərcləyir? – FANTASTİK MƏBLƏĞ
Müharibənin geridə qalan 500 günü ərzində Rusiya Ukraynada qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyib.
Yenixeber.org: Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (ISW) sonuncu hesabatında deyilir.

 “500 gün əvvəl Rusiya Ukraynaya qarşı əsassız işğalçı müharibəyə başladı. Rusiya hərbçiləri üç gün ərzində Kiyevi ələ keçirmək niyyətində idilər, lakin Ukraynada nəzərdə tutulan məqsədlərin heç birinə nail ola bilmədilər", - İnstitutun hesabatında bildirilir.
ISW qeyd edib ki, ukraynalıların qətiyyətli və məharətli müqaviməti Rusiyanın çoxsaylı, o cümlədən Kiyevə qarşı hücumlarını dayandırıb, Sumı və Çerniqov vilayətlərini, habelə Xarkov, Nikolayev və Xerson vilayətlərinin müvəqqəti olaraq rus işğalçıları tərəfindən ələ keçirilən hissələrini azad edib.
 “Ukrayna qüvvələri təşəbbüsü bərpa edib və cəbhənin əksər hissəsində əks-hücum əməliyyatları aparır, Rusiya qüvvələri isə demək olar ki, bütün diqqətini hələ də nəzarətdə saxladıqları Ukrayna torpaqlarında saxlamağa çalışırlar”, - analitiklər bildirib.
Hesabatda qeyd edilir ki, Qərb tərəfdaşlarının köməyi sayəsində Ukrayna öz müstəqilliyini təmin edib, lakin onun qarşısında hələ də Rusiyanın nəzarətində olan strateji əhəmiyyətli əraziləri azad etmək vəzifəsi durur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam