Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Separatçılar Paşinyanı hədələyirlər:qanunun bütün sərtliyi ilə cəzalandırılacaq

Paşinyan inqilabla hədələnir
Brüssel danışıqlarından sonra həm Ermənistanın siyasi dairələrində, həm də Qarabağdakı erməni separatçılarının arasında Nikol Paşinyanla bağlı səslənən bəyanatların sərtliyi artır. Radikallar Paşinyanı satqınlıqda qınayır və əgər belə davam edərsə, hakimiyyətini itirəcəyini, hətta həbs olunacağını deyirlər.
Yenixeber.org: Məsələn, separatçı qurumun qondarma “parlament”inin qondarma “deputat”ı David Qalstyan deyib ki, Paşinyanın Qarabağla bağlı qol çəkdiyi istənilən sənəd qeyri-legitim olacaq.
“Belə bir sənədin imzalanması həmin addımı atan şəxsin üzərindən çarpaz xəttin çəkilməsi ilə nəticələnəcək”,- deyə qondarma “deputat” bildirib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətini qoruyub saxlamaq naminə nəyəsə qol çəkə bilər, amma bu, erməni xalqının iradəsini əks etdirməyəcək. “Bunu edərsə, Paşinyan antimilli fəaliyyətə görə qanunun bütün sərtliyi ilə cəzalandırılacaq”,- separatçı əlavə edib.
Bəli, biz Qarabağda arabir internetin kəsildiyini bilidik. Amma bu kəsintilər uzun müddət davam etmir axı... Niyə zavallı Qalustyan ətrafında baş verənlərdən bu qədər bixəbərdir görəsən?!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam