Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Ermənistan İranla birləşib bizə qarşı müharibəyə başlasa, təbii ki, cavablarını alacaqlar. Amma mən müharibə ehtimalını görmürəm”.

Yenixeber.org: Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

01e1de9c-4abf-4dba-a302-6cb861ea3bc7.jpg (24 KB)

O bildirib ki, hər hansı toqquşma və yaxud gərginliyin artmasını gözləmək olar:

“Ermənilər faktiki olaraq sülh prosesindən imtina ediblər. Məsələləri uzadırlar, təxirə salırlar. Bizim hədəfimiz Laçın yolu üzərində nəzarəti gücləndirmək, orada bir mexanizm əldə etməkdir. Bizim bu barədə təkliflərimiz var, ermənilər isə bundan imtina edirlər. Əgər ermənilər doğrudan da bu yoldan humanitar məqsədlə istifadə edirlərsə, niyə təklifdən imtina edirlər? Deməli, onların ayrı məqsədləri var – yoldan hərbi məqsədlər üçün istifadə etmək. Bu da təbii ki, bizdə problemi qaldırır ki, Laçın üzərində məntəqə yaratmalıyıq. Ola bilsin ki, bu istiqamətdə müəyyən addımlar olsun. Amma mən müharibə proqnozlaşdırmıram. 

Sülh müqaviləsinə gəlincə, Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb. ABŞ bu yolla Ermənistanın danışıqlara başlamasına təkan verməyə çalışır. Məndə olan məlumatlara əsasən, saziş haqqında danışıqlar son məqsəddən uzaqdır”.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam