Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

ABŞ-dan Çinə növbəti xəbərdarlıq -SƏBƏB

Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Çin və Rusiya münasibətlərini yaxından təqib edən Avropa İttifaqı mövzu ilə bağlı açıqlama verib.

Yenixeber.org: Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell iki ölkə arasında mümkün silah mübadiləsinə diqqət çəkib.

Josep Borrell qeyd edib ki, Çinin Ukraynada istifadə üçün Rusiyaya silah tədarük etməsi Aİ-nin “qırmızı xətti” olacaq. 

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Ankara səfəri zamanı “Çinin Rusiyaya, xüsusən də Ukrayna müharibəsi zamanı silah dəstəyi vermək fikrindən narahatıq” deyib.

Bu bəyanatı xatırladan Borrell Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşdüyünü bildirib.

O, çinli diplomata Aİ-nin bu məsələ ilə bağlı narahatlığını dilə gətirdiyini deyib: "Onlardan bunu etməmələrini xahiş etdim. Bunun təkcə bizim üçün narahatlıq yaratmayacağını, həm də bizim üçün qırmızı xətt olacağını ifadə etdim. O mənə bunu etməyi planlaşdırmadıqlarını dedi".

Blinken Bayden administrasiyasının müharibə başlayandan bəri Çinə bununla bağlı dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb və Çinin Rusiyaya birbaşa silah dəstəyinin digər ölkələrlə münasibətlərinə təsir edə biləcəyi barədə bəyanat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam