Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nəhəng yuxudan ayılıb, onun intiqamı dəhşətli olacaq -Putin bunu anlamayıb

ABŞ-ın hərbi maşını hərəkətə gəlib. ABŞ-ın Avropaya göndərdiyi hərbi texnikanı daşıyan ilk bərə ötən gün Almaniyanın Bremerhaven limanına yan alıb.
Yenixeber.org: Bu haqda politoloq Xaqani Cəfərli yazıb. Politoloq daha sonra qeyd edir ki, "Bərədə 90 ədəd Stryker zirehli döyüş maşını, 60 ədəd piyadaların döyüş maşını olmaqla 440 ədəd müxtəlif növ hərbi texnika olub".
Bu Ukraynaya və digər müttəiqlərinə dəstək üçün ABŞ-ın Avropaya göndərdiyi 1250 ədədlik hərbi texnikanın ilk hissəsidir. Digər texnikaları gətirən daha iki bərə Avropa sahillərinə yaxınlaşmaqdadır.
İkinci Dünya Müharibəsi illərində Yaponiya İmperiyasının Birləşmiş Donanmasının Baş Komandanı olmuş Yaponiya Hərbi Dəniz Qüvvələrinin marşalı İsoroku Yamamotoya aid edilən məşhur ifadə Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı ABŞ-ın reaksiyasını ən dolğun şəkildə əks etdirir. Pearl Harbora hücumdan sonra marşal İsoroku Yamamotonun belə dediyi iddia olunur: “Qorxuram ki, bütün gördüyümüz iş yuxuda olan nəhəngi oyatmaqdan ibarət oldu. İndi onun intiqamı dəhşətli olacaq”.
Mixail Qorbaçovun ABŞ-a səfərindən sonra Vaşinqtonun Moskvaya münasibəti dəyişmiş, Ağ ev Kremli tərəfdaşı kimi görməyə başlamış və dərin yuxuya getmişdi. Putin ötən ilin fevralın 24-də Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlamaqla və ABŞ-ı təhdid etməklə yatmış nəhəngi oyadıb. İndi onun intiqamı dəhşətli olacaq. Rusiyanın faciəsi isə ondan ibarətdir ki, marşal İsoroku Yamamotodan fərqli olaraq polkovnik-leytenant Putin bunu anlamayıb.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam